AFFA hakimi təhqir edən üç futbolçunu dörd oyunluq cəzalandırdı

img

10-12-2013 [14:11]


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Tədbirdə İK Azərbaycan kubokunun 1/8 finalında və Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.  

Azərbaycan kubokunun 1/8 final "İnter” – "Şuşa” matçının 84-cü dəqiqəsində "Şuşa” klubunun futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final "Araz Naxçıvan” – "Simurq” matçında "Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində "Simurq” klubunun futbolçusu Tural Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final "Qarabağ” – AZAL matçının 64-cü dəqiqəsində AZAL klubunun futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final "Qaradağ Lökbatan” – "Rəvan” matçının 36-cı dəqiqəsində "Qaradağ Lökbatan” klubunun futbolçusu Elçin Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final "Mil-Muğan” – "Qəbələ” matçının 11-ci dəqiqəsində "Mil-Muğan” klubunun futbolçusu Çərkəz Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun "Qəbələ” – "Simurq” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun "Qarabağ” – "Neftçi” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun "İnter” – "Xəzər Lənkəran” matçının 43-cü dəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun "Sumqayıt” – "Bakı” matçının 90+2-ci dəqiqəsində "Sumqayıt” klubunun futbolçusu Ruslan Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "Sumqayıt” klubunun futbolçusu Slavik Alxasov və keçən tur cəzalandırılmış futbolçusu Samir Abbasov hakimləri təhqir etdiyinə görə hər iki futbolçu 4 oyunluq cəzalanıb, klub 8000 manat cərimə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA