Ermənistanda daha 90 nəfərdə koronavirus aşkarlanıb

img

18-01-2021 [11:09]


Ermənistanda daha 90 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 164 676 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 2 998-ə çatıb.

COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 729-a yüksəlib. İndiyədək 153 064 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 7 885 aktiv koronavirus xəstəsi var./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA