Şəki Dövlət Dram Teatrı beynəlxalq festivala dəvət alıb

img

01-03-2011 [06:16]


Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı iyunun 11-dən 17-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək ?FestCo? Rumın Komediya Festivalına dəvət alıb. Teatrın direktoru Hikmət Nəbili yaradıcı kollektivin bu festivalda tamaşaçılara rumın dramaturqu Mihail Sebastianın müəllifi olduğu ?Adsız ulduz? və fransız dramaturqu Jan Batist Molyerin ?Xəsis? komediyalarını təqdim etməyi planlaşdırır. Birinci tamaşa üzərində məşqlər artıq başa çatmaq üzrədir. Mərhum rejissor, əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin quruluş verdiyi bu tamaşanın bərpaçı rejissoru Əbülfət Salahov, musiqisi isə Cavanşir Quliyevindir. Tamaşada əsas rolları Hikmət Nəbili, Briliant Babayeva, Xanlar Həşimzadə, Rəhim Qocayev və başqaları ifa edirlər. Teatrın repertuarına daxil olan ?Xəsis? tamaşasının quruluşçu rejissoru isə Mirbala Səlimlidir. Əyalət teatrı, eyni zamanda, mayda Şəki ilə qardaşlaşmış şəhərlərdən olan Türkiyənin Giresun şəhərində keçiriləcək Beynəlxalq teatr festivalına da dəvət alıb. Kollektiv bu festivalda J. B. Molyerin ?Jorj Danden və ya aldadılmış ər? komediyası ilə çıxış etməyi planlaşdırır. Bu tamaşa üzərində məşqlərə martın axırında başlanılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA