Maradona İrana gedir

img

09-12-2013 [15:08]


Dünya futbolunun əfsanələrindən sayılan Dieqo Maradona İrana səfər edəcək. Bunu İran Futbol Federasiyasının sədri Əli Kəffaşian deyib. Trend-in məlumatına görə, bu barədə Afkarnews xəbər saytı məlumat verir.

Kəffaşian bildirib ki, Maradona futbol üzrə 2014-cü il dünya çempionatında İran milli komandasının formasının təqdimat mərasimində iştirak edəcək. mərasimin yanvarın əvvəllərində Tehranda keçiriləcəyi gözlənilir.

Kəffaşianın sözlərinə görə, rəsmi dəvətnamə artıq Maradonanın ofisinə göndərilib.

İran 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Argentina, Nigeriya və Bosniya və Herseqovina ilə bir qrupdadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA