Ceyhun Bayramovla Lavrov telefonda danışıb - Qarabağla bağlı müzakirə aparılıb

Ceyhun Bayramovla Lavrov telefonda danışıb - Qarabağla bağlı müzakirə aparılıb

SİYASƏT

15.01.2021, 17:36

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Mia.az XİN-ə istinadla xəbər verir ki, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR