Siyavuş Novruzov Fazil Mustafanın istəyinə "yox" dedi: "Sabah 10 bitərəf deputat hansısa partiyaya keçə bilər"

img

28-12-2020 [13:19]


“Gələcəkdə süni transferlər, süni partiya yaradılmasının olmaması üçün “Siyasi partiyalar  haqqında” qanuna yenidən dəyişiklik edilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat  Fazil Mustafa deyib.

Deputat bildirib ki, qanunda vəsaitin 5%-i sözündən əvvəl Milli Məclisin razılığı ilə sözü əlavə edilməlidir.

Deputat Siyavuş Novruzov isə bildirib ki, ümumiyyətlə, “Siyasi partiyalar haqqında” qanuna yenidən baxılmalıdır: “Bu qanunda digər qanunlara, məsələn “Sərbəst toplaşma azadlığı haqqında” və s. qanunlara uyğunlaşdırmalar aparılmalıdır. Fazil Mustafanın fikri ilə razı deyiləm. Sabah Milli Məclisdə 10 bitərəf hansısa partiyaya keçməklə bağlı qərar qəbul edə bilər, buna məhdudiyyət qoysaq, onda biz həmin şəxslərə 5 il məhdudiyyət qoymuş olacağıq. Dünyanın hər yerində belə təcrübə var. Yəni kimsə hansısa partiyadan çıxa, hansısa partiyaya keçə bilər. Bu məsələlərə fundamental yanaşmaq lazımdır”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR