"Bizə təzə mənzil, pul lazım deyil, haqsız tutulan həyat yoldaşımın buraxılmasına kömək edin" - Şəhid anasından Prezidentə müraciət + FOTOLAR
21-12-2020 [12:49]
Göyçay rayonu Bəydövül kəndi sakini şəhid anası Teymurova Həbibə Namaz qızı Prezident İlham Əliyevə müraciət edib.
Mia.az-a daxil olan müraciətin surətində deyilir:
"Hörmətli Prezident !
Mənim oğlum 03 mart 1993-cü il tarixdə anadan olmuş Xudiyev Mütalib Ələsgər oğlu Vətən müharibəsində 07 noyabr 2020-ci il tarixdə şəhid olub. Oğlum Mütalib Vətən müharibəsinə könüllü olaraq getmişdir. Mütalib müharibəyə könüllü gedəndə mənə dedi ki, ana döyüşüb qəhrəmanlıq göstərəcəm ki, bəlkə şərlənərək zindana atılmış atamı həbsdən çıxara bildim.Həqiqətəndə Mütalib qəhrəmanlıq göstərir 7 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu.Ancaq atasını həbsdən çıxara bilmədi.Qeyd edim ki, biz kasıb yararsız bir komada yoxsulluq içində acınacaqlı vəziyyətdə yaşayırıq. Həmin ev qəzalıdır, uçmaq üzrədir. Ancaq bizə nə təzə mənzil lazım deyil, nə də ki, şəhid üçün veriləcək 11000 manat pul. Bizə şərlərək qanunsuz həbsə atılmış həyat yoldaşımın azadlığa çıxması lazımdır.
Oğlum Mütalib vətəninin canı qədər sevirdi.Buna görə mən fəxr edirəm qürur duyuram. Mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunu 2014-cü il tarixdə şərləyib həbs ediblər. And olsun şəhid oğlumun ruhuna ki, mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlu şərlənərək həbsə atılıb onun günahı yoxdur.
Həmin cinayəti imkanlı şxəs törətsədə mənim həyat yoldaşımın boynuna işgəncə ilə qoydular.Biz həmin vaxtı bu barədə hər yerə şikayətlər etdik, subutlar təqdim etdik ancaq əhəmiyyət verilmədi.
14 avqust 2014-cü ilin tarixində Göyçay rayonu Alpoud kəndi sakini Sahib Sabir oğlu Abbasovun qətlini mənim həyat yoldaşım Ələsgər Xudu qğlu Xudiyevin boynuna işgəncə ilə qoyublar.Hansı ki, Sahib Abbasovu mənim həyat yoldaşım qətlə yetirməyib.Belə ki, 22 avqust 2014-cü il tarixdə Sahib Abbasovun Göyçay rayonu Alpoud kəndində yolun kənarında qətlə yetirilmiş meydi tapılır.Elə həmin günü mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunu Göyçay Rayon Polis Şöbəsinə aparıb 1 həftə saxlayıb sərbəst buraxırlar.Həmin vaxt mərhum Sahib Abbasovun yoldaşıma məxsus qanunu ov tüfəngdən açılan atəşlə öldürülmədiyi ekspertiza rəyi ilə subut olunmuşdur.Göyçay rayon hüquq mühafizə orqanları qətl cinayət hadisəsinin üstünün açılmasında səriştəsiz olduqları üçün 4 ay sonra heç bir qanunu əsas olmadan həyat yoldaşım Xudiyev Ələsgəri Göyçay Rayon Polis Şöbəsinə aparıb ağır işgəncə verib özlərinin tərtib etdikləri yalan ifadələrə imza etməyə məcbur ediblər. Həyat yoldaşıma olmazın işgəncəsini veriblər.Onu ağır dözülməz işgəncə altında yalan ifadələrə imza etdirib törətmədiyi ağır cinayəti boynuna qoyublar. Övladımı və məni həbs edəcəkləri ilə hədələyib özlərinin tərtib etdikləri yalan ifadələrə imza etdiriblər.
Bu misli görünməmiş qanunsuzluq və tarixə düşəcək bir ağır cinayətdir ki, Göyçay RPŞ-də bizə qarşı ediblər. Göyçay rayon sakini Sahib Abbasovu mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlu qətlə yetirməyib, bu tam yalandır.Bizim mərhum Sahib Abbasovla heç bir ədavətimiz , düşmənçiliyimiz və qərəzçiliyimiz olmayıb. MərhumSahib Abbasova məxsus Göyçay rayonu Alpoud kəndində yerləşən çörək bişirmə sexində həyat yoldaşım və mən cəmi 4 gün işləmişik.Çörək satılmadığı üçün işlədiyimiz 4 -cü gün Sahib Abbasov bizə bildirdi ki, sabah işə gəlməzsiniz çörək yığılıb qalıb lazım olsa özüm sizə zəng edəcəm.Heç bir narazılıq, qərəzçilik olmayıb.4 gündə necə onunla aramızda qərəzçilik yarana bilər ki?!
Bu, tam yalandır ki, guya mərhum Sahib Abbasov bizi işlədib pulumuzu vermədiyi üçün ondan qisas almaq məqsədi ilə həyat yoldaşım Ələsgər Xudiyev özünə məxsus yox başqa şəxsə mxsus silahla onu qətlə yetirib.Bunlar hamısı tam yalan, qondarma və saxtakarlıqdır. Səriştəsiz olduqları üçün qətl cinayətinin üstünü aça bilmədiklərindən ağır dözülməz işgəncələrlə törətmədiyi cinayəti günahsız həyat yoldaşımın boynuna qoyublar.Bu tam qanunsuzluq, vəhşilik və özbaşınalıqdır.
Həyat yoldaşım Xudiyev Ələsgəe Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 120.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib 13 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib.Cəzasını hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.
Oğlum Mütalibin şəhid olmasını həbsdə eşidən atanın hansı hislər keçirməsini təsəffür etmək mümkün deyil.Çünki Ələsgər törətmədiyi cinayətə görə şərlənərək həbsə atılıb. Şərlənərək həbsə atılan və oğlunun dəfnində iştirak edə bilməyən şəhid atasının fəryadını bəlkə indi eşidilər.
Hörmətli Prezident!
Sizdən çox-çox xahiş edirəm, and verirəm şəhidlərin ruhuna yazdıqlarımı tam, hərtərəfli və obyektiv araşdırıb, qətil cinayəti törətməmiş günahsız məhkum olunan həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunun azadlığa çıxmasına köməklik göstərəsiniz".

Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək