Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan onlayn tədbir keçirilib - FOTOLAR
13-12-2020 [17:08]
Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Mia.az xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov, Nəsimi rayon ziyalıları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə onlayn tədbir ilk olaraq Asif Əsgərov Ulu öndərin və bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edib.
O, Zəfər günü münasibəti ilə təbriklərini söyləyib.
Tədbirdə çıxış edən İctimai Şuranın üzvü Emil Aslanlı Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara, xüsusilə də, səhiyyə işçilərinə həmişə diqqət və qayğı göstərib.
“Heydər Əliyev ömrünün 30 ildən çoxunu Azərbaycan xalqına həsr edib. Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin qüdrətlənməsi üçün olan addımları, xalqa qayğısı daim göz önündə olub. Məhz Heydər Əliyevin fədakar əməyinin, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində həmin illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb, ölkə daxilində siyasi sabitlik qorunub, iqtisadi və sosial həyat səviyyəsi yüksəlib”.
İctimai Şuranın üzvü, 46 nömrəli orta məktəbin direktoru Sevinc Budaqova qeyd etmişdi ki, bu gün Azərbaycanda iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nailiyyətlər Ulu Öndərin siyasətinin nəticələridir: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün bir tapıntıdır. Çünki Heydər Əliyev yalnız millətinin gələcəyini düşünüb, demək olar ki, öz canını fəda edib. İkinci dəfə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük ki, o, hakimiyyətə gəlməsəydi, Azərbaycanın xanlıqlara bölünməsi, dünya xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi”.
Asif Əsgərov çıxışına davam edərək bildirdi ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi. Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Natiq daha sonra qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir. Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata
keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib. Biz də özümüzü xoşbəxt hesab edirik ki, Azərbaycan tarixində son yüzilliklərin ən parlaq qələbə tarixinin canlı şahidləri olduq. Gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur hissi ilə xatırlayacağı günlərin canlı şahidlərinə çevrildik. Eyni zamanda haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Nə qədər tariximizi oxusaq da, gözəl bilsək də, ona hər zaman sadiq qalsaq da, Qarabağsız bu tarix, sanki tam deyildi. Məhz belə bir mənəvi boşluğu Ali Baş Komandanın böyük cəsarəti, qətiyyəti, müzəffər Ordumuzun böyük ruh yüksəkliyi, döyüş hazırlığı tamamladı. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Ölkə başçısının uğurlu rəhbərliyi, hərbi sahədə yeniliklərin tətbiq edilməsi, hərbi texniki bazanın möhkəmləndirilməsi tarixi zəfərin, tarixi Qələbənin qazanılmasında əsas amil oldu. Bu gün Ulu Öndərin sözü, işi, ideya və əməlləri gündəlik həyatımızın tərcümanıdır; həyatımızı, yaşam tərzimizi təyin edir, yol göstərir, təmin edir. Biz bu adla sabahlarımızı açır, milli dünənimizə önəm verir, gələcəyimizi müəyyən edirik. Bu adla müasir dünyanı fəth edir, qələbələr qazanırıq. Azərbaycanın qazandığı qələbələr bundan sonra da Azərbaycan dövlətinin, cəmiyyətinin sürətli inkişaf yoluna qədəm qoyacağından xəbər verir. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq. Ulu Öndərin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub