Klub prezidenti "üsyan" etdi: ""Sumqayıt"ı çempionatdan çıxaracam!"

img

30-11-2013 [20:16]



"Sumqayıt" "Neftçi" ilə oyunun baş hakimi Fariz Yusifovdan narazı qalıb. Belə ki, bu gün "Neftçi" ilə "keçirilən oyundan sonra klubun prezidenti Kamran Quliyevlə baş məşqçi Aqil Məmmədov hakimlərə üsyan ediblər.

 Baş məşqçi mətbuat konfransında penaltilərinin verilmədiyini bildirib: "Fikrimcə, "Neftçi"nin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunmalı idi. Yan xətt hakimi də bayrağını qaldırdı, lakin baş hakim penalti vermədi".

 Klubun prezidenti isə AFFA və PFL-i "Sumqayıt" çempionatdan çıxarmaqla hədələyib: 

 "Belə hakimlik Azərbaycan futboluna ləkədi. Elə AFFA-ya, PFL-ə, Xaqani Məmmədovun da adına ləkədi. Bu qədər haqsızlıq olmaz! Biz milli komanda üçün futbolçu yetiişdirirk, ancaq hansısa hakim əziyyətimizi yerə vurur. Başa düşə bilmirəm ki, hakim təmiz penaltimizi niyə vermir? Belə çxır ki, hakimlər zəifləri sıxır güclülərə güzəştə gedir. Axı belə də olmaz. Bununla çempionatımıza zərbə vururlar. Belə davam etsə, "Sumqayıt"ı çempionatdan çıxaracam. Biz belə haqsızlıqlarla dolu çempionatda oynamaq istəmirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA