ATƏT-in rəhbər postlarına yeni təyinatlar olub - SİYAHI

img

04-12-2020 [17:20]


ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib

Məlumata görə, ATƏT-ə üzv dövlətlər uzun müddətdir təşkilatın boş qalan rəhbər vəzifələrinə təyinatlarla bağlı razılığa gələ biliblər.

ATƏT-in Baş katibi postuna alman diplomat Helqa Şmid seçilib.

O, Avropa İttifaqının (Aİ) xarici siyasət ofisində eyni vəzifəni tutur.

İtaliyalı Matteo Mecacci ATƏT-in seçki və insan haqları üzrə ofisinin direktoru, Maria Tereza Ribeyro ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi, Kayrat Abdrahmanov isə ATƏT-in milli azlıqlar üzrə ali komissarı seçilib. (APA)

Xatırladaq ki, üzv dövlətlər bu il ATƏT-in Baş katibi vəzifəsi də daxil olmaqla dörd əsas rolda üç illik heyət müddətini yeniləməyə razılaşa bilməmişdilər. Buna görə də həmin vəzifələr iyul ayından bəri boş idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 10.09.2025

Sabah yağış yağacaq