Azərbaycanın energetika naziri Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
İQTİSADİYYAT
03.12.2020, 18:30
Dekabrın 3-də “İqtisadi artımın bərpası və ümumi rifaha doğru: dayanıqlı dünya üçün təbii qazın imkanları” mövzusuna həsr edilmiş 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumu keçirilib.
Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov da iştirak edib. Malayziya hökumətinin ev sahibliyi ilə virtual formatda təşkil olunmuş Forumda inkişaf etməkdə olan bazarlarda təbii qazın rolu, təbii qaz bazarlarında yeni perspektivlər, dayanıqlı gələcəyə xidmət edəcək və dünya qaz bazarlarında dinamik inkişafı dəstəkləyən enerji siyasəti və biznes strategiyaları haqqında fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində təşkil olunmuş “Genişlənməkdə olan qaz bazarlarında imkanlar: yeni reallıqlar şəraitində istehsalçı – istehlakçı perspektivləri” mövzusunda Nazirlərin Dəyirmi Masasında çıxış edən energetika naziri Cənub Qaz Dəhlizi layihəsi haqqında geniş məlumat verib və bildirib ki, cari ilin sonundan etibarən təbii qazın Avropaya nəqlinə başlanacaq. Eyni zamanda, ayrı-ayrılıqda TANAP və TAP layihələri haqqında da məlumat verilərək, həm bu kəmərlərin, həm də ümumilikdə Cənub Qaz Dəhlizinin gələcəkdə nəql imkanlarının genişləndirilməsi və daha geniş coğrafiyaya, Cənub-Şərqi Avropa və Balkanlara qaz nəqli perspektivlərinin olduğu bildirilib.
Çıxışda həmçinin, Azərbaycanda bu il 38 milyard kubmetr proqnozlaşdırılan qazın 2023-cü ildə təxminən 50 milyard kubmetrə, Cənub Qaz Dəhlizinin əsas mənbəyi olan Şahdəniz yatağından illik hasilatın bu il 18,7 milyard kubmetrə, 2023-cü ildə isə 25,3 milyard kubmetrə çatacağının gözlənildiyi qeyd edilib. Bildirilib ki, indiyə qədər bu yataqdan təxminən 133 milyard kubmetr qaz çıxarılıb, 88,6 milyard kubmetrdən çox qaz ixrac edilib.
Azərbaycanın əks-hücum əməliyyatı və sonrakı siyasi həll mərhələsi ilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad edildiyi və 30 illik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğu, bununla da Azərbaycanda enerji, o cümlədən qaz infrastrukturuna hərbi təhdidlərin artıq keçmişdə qaldığı da diqqətə çatdırılıb.
Forumda 100-ə yaxın yüksək səviyyəli hökumət nümayəndələri, o cümlədən nazirlər, sənaye liderləri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak ediblə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dünya Çempionatında ilk oyun: iki qol, 3 qırmızı kart... (Yenilənib)
Bugün, 00:57 İDMAN
-
"Fənərbağça" keçmiş hücumçusu ilə yenidən anlaşdı - 15 milyon avroya
Bugün, 00:33 İDMAN
-
Türkiyədə sərnişin təyyarəsi radar dirəyinə çırpılıb - FOTO
Bugün, 00:08 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:05 MƏDƏNİYYƏT
-
Bakıda Azərbaycan və Estoniya XİN rəsmiləri arasında görüş keçirilib
11.06.2026, 23:36 SİYASƏT
-
İRANIN TƏHDİDİ İŞƏ YARADI: hücum planı təxirə salındı – Tramp “Neft və adanı ələ keçirəcəyik” sözünü geri götürdü
11.06.2026, 22:59 GÜNDƏM
-
Prokurorluq gömrükdə əməliyyat keçirdi - 4 vəzifəli şəxs qandallandı, ikisi qadındır
11.06.2026, 20:52 GÜNDƏM
-
“Fənərbağça” klubu baş mıəşqçi ilə bağlı iddiaları təkzib etdi
11.06.2026, 20:51 İDMAN
-
Fransaya casusluqda ittiham olunan şəxslər hakim qarşısına çıxarılıb
11.06.2026, 19:43 KRİMİNAL
-
İran regiondakı hərbi hədəf siyahısını yeniləyib
11.06.2026, 18:05 GÜNDƏM
-
Qusarda torpaq sürüşməsi olub
11.06.2026, 17:54 GÜNDƏM
-
Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
11.06.2026, 17:44 SİYASƏT
-
Dövlət Baxçalı daha bir təşkilatı ləğv etdi
11.06.2026, 17:32 SİYASƏT
-
İqtisadi Şura üzvləri iclas keçirdi - Müzakirə + FOTOLAR
11.06.2026, 17:14 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatı artdı, qızıl azaldı – Həftəlik hesabat
11.06.2026, 17:09 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
11.06.2026, 17:06 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
11.06.2026, 17:00 İQTİSADİYYAT
-
Tramp yeni hücum anonsu verdi, İrana “çökəcəyik” dedi: “Tezliklə neftlərini ələ keçirəcəyik”
11.06.2026, 16:38 GÜNDƏM
-
“Kəpəz Hospital”ın ambulansı xəstə yox, sənəd daşıyırmış... – Gənci “qırımızı”da keçəndə vurub öldürüb
11.06.2026, 16:27 CƏMİYYƏT
-
DÇ-2026-da daha bir skandal: FİFA yığma komandanın formasını dəyişdirdi – Fransaya görə (FOTOLAR)
11.06.2026, 16:26 İDMAN
-
Bakında qızıl-zinət əşyaları oğurlayan iki nəfər saxlanılıb
11.06.2026, 16:19 KRİMİNAL
-
PREZİDENT İKİ NƏFƏRİ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - FOTO
11.06.2026, 16:11 GÜNDƏM
-
Azərbaycandan Ermənistana yenə dizel göndərilib
11.06.2026, 16:03 İQTİSADİYYAT
-
Məşhur hücumçu Türkiyə yığmasının formasını bəyəndi: “Çox gözəldir”
11.06.2026, 15:59 İDMAN
-
Çində yaşayış binasında partlayış: 7 ölü, 17 yaralı var
11.06.2026, 15:48 DÜNYA
-
Böyük Britaniya müdafiə naziri istefa verdi
11.06.2026, 15:41 DÜNYA
-
TƏBİB-də daha bir dəyişiklik - İcraçı direktor müavinini yola saldı, müşavirini isə... (FOTOLAR, YENİLƏNİB)
11.06.2026, 15:19 GÜNDƏM
-
"AZƏRİQAZ" RƏHBƏRİNİN SAXTA QƏBUL OYUNU: şikayətin məzmunu, mühasiblərin "qırğını", yaxud...
11.06.2026, 15:16 CƏMİYYƏT
-
AZAL-da NƏ BAŞ VERİR? – Vəzifədən azad edilənlər var
11.06.2026, 15:16 GÜNDƏM
-
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub - FOTOLAR
11.06.2026, 15:04 MƏDƏNİYYƏT
-
CHP-də ”qaynayan qazan”dan çıxış yolu - İncə hər iki tərəfə incə mesaj verdi
11.06.2026, 14:55 SİYASƏT
-
Bakı Şəhər İcra Hakimiyyətində yeniliklər nə vəd edir? - Eldar Əzizov yola salınacaq?
11.06.2026, 14:30 CƏMİYYƏT
-
Məhərrəm ayı bu tarixdə başlayır
11.06.2026, 14:16 CƏMİYYƏT
-
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
11.06.2026, 14:07 İQTİSADİYYAT