Prezident daha bir sərəncam imzaladı
GÜNDƏM
03.12.2020, 14:08
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncamda deyilir:
"XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Dövlət başçısının digər sərəncamı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli sərəncamı ləğv edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əli Əsədov büdcə ilə bağlı qərar imzalayıb
Bugün, 17:51 İQTİSADİYYAT
-
Ərdoğan "Türkiyə ordusu Yəməndə Husilərə qarşı savaşa girəcəkmi?" sualına belə cavab verdi
Bugün, 17:35 GÜNDƏM
-
"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib
Bugün, 17:30 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli kadrlarıını öz kadrları ilə əvəzləyir (Yenilənib)
Bugün, 17:21 CƏMİYYƏT
-
Burak Yılmaz Super Liqaya geri döndü
Bugün, 17:08 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
"Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki..." - Sahil Babayev
Bugün, 16:53 İQTİSADİYYAT
-
Zaur Hacıyev istefaya göndərildi
Bugün, 16:42 İDMAN
-
"Kristal”ın vergi borcu yaranıb
Bugün, 16:23 İQTİSADİYYAT
-
İngiltərədə it-pişik saxlayanlara xəbərdarlıq olundu - Gənə təhlükəsi
Bugün, 16:04 DÜNYA
-
Yeni idman dünyası Kinon TV-də: “Setanta Sports & TV” paketi istifadəyə verildi
Bugün, 15:47 PRESS
-
RƏİS MÜAVİNİNƏ GENERAL RÜTBƏSİ VERİLDİ - Sərəncam
Bugün, 15:36 GÜNDƏM
-
Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI
Bugün, 15:35 GÜNDƏM
-
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb
Bugün, 15:29 GÜNDƏM
-
Qab-qazan, boşqab, bıçaq və “Siqaret çəkmək qadağandır” nişanı - Əmrullayev dövlətin 7 milyon manatını bunlara xərcləyəcək
Bugün, 15:14 İQTİSADİYYAT
-
VƏZİFƏDƏN AZAD OLUNAN İCRA BAŞÇISI TƏHSİL NAZİRİ TƏYİN EDİLDİ
Bugün, 15:05 GÜNDƏM
-
ABŞ əsgərləri niyə diz çökdü? - Çin liderinin təyyarədən eniş anında maraqlı hadisə yaşanıb (FOTO)
Bugün, 14:57 GÜNDƏM
-
İran ABŞ-ı yeni silahı ilə hədələyir: "Əgər bizə hücum olsa..."
Bugün, 14:41 DÜNYA
-
"Formula 1": Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş davam edir (YENİLƏNİB)
Bugün, 14:31 İDMAN
-
Almaniyada hadisə yerindən qaçan qadın polislər sistemdən qovulublar
Bugün, 14:25 DÜNYA
-
Bloger Sevinc Hüseynovaya cinayət işi açıldı - Müğənninin şikayəti əsasında
Bugün, 14:18 PRESS
-
Nazir Vilayət Eyvazov Ali Fidanı qəbul etdi - Nələr müzakirə olunub?
Bugün, 14:06 SİYASƏT
-
İnvestisiya Forumunda 11 yeni sənəd imzalandı - Prezident iştirakçılarına müraciət etdi + SİYAHI
Bugün, 14:06 GÜNDƏM
-
Mətbuat Şurasının qurultayına hazırlıq gedir
Bugün, 14:02 PRESS
-
Səudiyyə Ərəbistanıdan Türkiyə və Pakistanla təcili görüş tələbi... - Hərbi dəstək istəniləcək
Bugün, 13:55 GÜNDƏM
-
Şəhid qızının atası ilə söhbəti... - Seymur Verdizadə yazır
Bugün, 13:38 YAZARLAR
-
GÖMRÜKDƏ YOXLAMALAR: 2 nəfər vəzifədən azad olundu, general və polkovniklərə xəbərdarlıq olundu
Bugün, 13:33 İQTİSADİYYAT
-
Əli Kərimli və müavini barədə ibtidai istintaq başa çatıb
Bugün, 13:28 SİYASƏT
-
SEKSUAL MÜĞƏNNİ PREZİDENT OLMAQ İSTƏYİR - Avropa ölkəsində seçki maraqlı məcraya yönnəlib
Bugün, 13:09 DÜNYA
-
Kilian Mbappenin sevgilisi Türkiyədə matçı izləyəcək
Bugün, 13:06 İDMAN
-
Xalq artistinin oğluna xəbərdarlıq edildi - Komitə sədri tərəfindən
Bugün, 12:44 İQTİSADİYYAT
-
Bakıda bir nəfər 11 kq narkotiklıə saxlanılıb
Bugün, 12:37 KRİMİNAL
-
Prezident daha bir şirkət rəhbərini qəbul edib
Bugün, 12:36 GÜNDƏM
-
Bölgələrə leysan yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:14 CƏMİYYƏT