ƏƏSMN hər biri 12.200 manat olan 206 maşın alır - Nazirlikdən açıqlama

img

27-11-2020 [12:15]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 206 minik avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Məlumata görə, tenderin qalibi "Azərmaş Group" MMC-dir.

Qalib şirkətə 2 512,2 min manat (hər avtomobil üçün orta hesabla 12,2 min manat) ödəniləcək.

Məsələ ilə bağlı nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov "Report"a bildirib ki, avtomobillər Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərə vermək üçün alınır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:45 19.01.2021

YAP hesabat verdi