LAVROV BAKIDA MƏTBUAT KONFRANSINDA MÜHÜM MESAJLAR VERDİ: “Razılaşmanı pozmaq cəhdləri var, ancaq bu, baş tutmayacaq...”
21-11-2020 [19:01]
“Türkiyə bu regionda real faktordur".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyənin bu regiondakı rolu haqqında Rusiya Prezidenti Dağlıq Qarabağla bağlı 17 noyabr tarixli müsahibəsində ətraflı danışıb. Türkiyə bu regionda real faktordur, özü də təkcə bu regionda yox. Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır. Əlbəttə ki, suveren Azərbaycanın xarici siyasət tərəfdaşını seçmək hüququ var, necə ki, Ermənistan da özünü xarici siyasət tərəfdaşlarını seçir. Bizim Türkiyə ilə Azərbaycan ərazisində Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılmasından ötrü Azərbaycanı dəstəkləməyimiz barədə prinsipal razılaşmamız var. Hansı ki, bu mərkəz məsafədən texniki vasitələrlə Dağlıq Qarabağ və ətrafında atəşkəs rejiminə riayət olunmasını izləyəcək. Bu, atəşkəsin dayanıqlılığını təmin edəcək əlavə faktor olacaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb/APA.
Mia.az xəbər verir ki, Lavrov daha sonra deyib: "Siyasi məharət yəqin ondan ibarətdir ki, hər hansı təşəbbüslər irəli sürülərkən, bu və ya digər regionda vəziyyətə real təsir göstərən bütün amillər tam həcmdə nəzərə alınsın. Prezident Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə birlikdə keçirilən sürəkli, gərgin danışıqların uğuru da ümumiyyətlə desək, çox cəhətdən danışıqların bütün iştirakçılarının söylədikləri, onların rəhbər tutduqları qiymətləndirmələrin reallığı ilə şərtlənmişdi. Bildiyiniz kimi, Türkiyə tərəfi ilə bizim Azərbaycan tərəfindən də dəstəklənmiş prinsipial razılaşmamız var ki, Azərbaycan ərazisində Rusiya-Türkiyə monitorinq mərkəzi yaradılsın. Bu mərkəz Dağlıq Qarabağda və onun ətrafında atəşkəs rejiminə əməl olunmasını distant şəkildə, texniki vasitələrin köməyi ilə izləyəcək. Bu əlavə amil barışığın davamlılığını təmin etməyə imkan verəcək. Əlbəttə, bu məsələdə rusiyalı sülhməramlılar mühüm rol oynayacaqlar”.
Nazir həmçinin, Rusiyanın qurumlararası nümayəndə heyətinin Yerevana və Bakıya səfərinin nəticələri barədə prezident Vladimir Putinə məlumat veriləcəyini də bildirib: “Danışıqların nəticələrini çox müsbət hesab edirik. Bu da prezidentə (Vladimir Putin - Red) qurumlararası nümayəndə heyətinin Ermənistan və Azərbaycana səfəri barədə verilən təlimatın yerinə yetirildiyini bildirməyə imkan verəcək”.
Lavrov daha sonra bildirib ki, Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin həll edilməsinə fəal cəlb olunmasında maraqlıdır: “Biz beynəlxalq təşkilatların, BMT sistemlərinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağdakı humanitar problemlərin həll olunmasına Rusiya sülhməramlı missiyası və humanitar mərkəzlə birgə işləməsində maraqlıyıq. Bundan sonra bu istiqamətdə birgə fəaliyyətimizi davam etdirəcəyik”.
XİN başçısı qeyd edib ki, Rusiya Federasiyası ilə Azərbaycanın Qarabağda konfessiyalararası sülhün bərpası zərurəti ilə mövqeyi tamamilə üst-üstə düşür: “Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabrda əldə etdikləri razılaşmanın aktuallığı və alternativsizliyi tamamilə təsdiqlənib. Razılaşma Dağlıq Qarabağda qan tökülməsini dayandırdı. Azərbaycan Prezidenti bu gün birgə üçtərəfli bəyanatın bütün elementlərinin ardıcıl və vicdanla həyata keçirilməsinin zəruriliyinə xüsusi diqqət yetirdi”.
Lavrov Bakıda aparılan danışıqların yekununu da olduqca müsbət hesab edib: “Bugünkü görüşdə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərimizi müzakirə etdik. Koronavirus pandemiyası bitəndən sonra əyani şəkildə tədbirlərə qayıtmağımız barədə konkret addımlardan danışdıq. Bu tədbirlər hökumətlərarası komissiyanın iclası, regionlararası forum, Bakı Humanitar Forumu, gənclərin təşəbbüsü ilə olan forumlardır. Bizim ikitərəfli strateji münasibətlərimizi inkişaf etdirmək üçün çoxlu əsaslarımız var”.
Lavrov danışıqlarda Rusiya ilə Azərbaycan arasında beynəlxalq təşkilatlardakı əməkdaşlığın da müzakirə olunduğunu söyləyib: “Beynəlxalq təşkilatlarda, BMT, ATƏT-dəki əməkdaşlığımızı müzakirə etdik, harada ki, bir çox əsas prinsipal məsələlərlə bağlı mövqeyimiz üst-üstə düşür. Bizim Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də birgə layihələrimiz və beş Xəzəryanı ölkə çərçivəsində birgə əməkdaşlığımız var. Ona görə də danışıqların yekununu olduqca müsbət hesab ediririk.
Bakıda bugünkü danışıqlarımızın əvvəlində Azərbaycan Prezidenti ümumi şəkildə qeyd etdi ki, noyabrın 9-da əldə edilmiş razılaşmalar heç də hamının xoşuna gəlmir. Sizin indicə xatırlatdığınız kimi, biz də qeyd edirik ki, bu razılaşmaları şübhə altına almaq cəhdləri var, lakin mənim fikrimcə, bu cəhdlər baş tutmayacaq".
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Birləşmiş Ştatlar Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar:
"İkincisi, əlbəttə, biz bunu daim vurğulayırıq, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, bizim fransalı və amerikalı həmkarlarımızın Moskvaya səfəri zamanı xatırlatmışıq ki, hər hansı başqa münaqişə kimi, bu münaqişə barəsində də, ilk növbədə, düşünmək lazımdır ki, insanlar qanlı müharibələrdə ölməsinlər, həlak olmasınlar, dinc həyat nizamlansın və dinlər, mədəniyyətlər yanaşı mövcud olsunlar, müxtəlif etnik və konfessional qrupları təmsil edən insanlar birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşasınlar.
Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm. Lakin ilk yerə geosiyasi ambisiyalar qoyulsa, onda biz burada heç nə edə bilmərik. Ancaq biz belə cəhdləri qətiyyətlə rədd edəcəyik və qüvvələrimizi bu regionda yaşayan xalqların əsas mənafelərinə cavab verən razılaşmaların reallaşdırılması üzərində cəmləşdirəcəyik".
Mia.az
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb