İran XİN başçısının Azərbaycana səfəri təxirə salındı

img

21-11-2020 [17:52]


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-24-də baş tutmalı olan Azərbaycana və Rusiyaya səfərləri təxirə salınıb.

TASS xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

“Zərifin Moskva və Bakıya səfərinin təxirə salınması hökumətin büdcə iclasları ilə bağlıdır. Belə iclaslarda bütün nazirlərin iştirakı mütləqdir”, - o, vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA