İTV rəhbərliyində növbəti dəyişiklik

img

25-11-2013 [14:59]


İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. MİA-nın lent.az-a istinadən məlumatına görə, İctimai Radioya proqram direktoru təyin edilib. Bundan sonra ictimai radiodakı proqramlara Aygül Məmmədova rəhbərlik edəcək.

Məlumata görə, A. Məmmədova bundan öncə AzTV-də çalışıb.

Bundan başqa, İctimai Televiziyanın sabiq proqram direktoru Fuad Vəlixanov İTV-də məsləhətçi vəzifəsinə təyin olunub: "Fuad müəllimin peşəkarlığını, işgüzarlığını nəzərə alaraq, rəhbərlik belə qərara gəldi ki, o, TV-də məsləhətçi kimi fəaliyyət göstərsin. Fuad Vəlixanov öz ərizəsi ilə vəzifəsindən azad olunmuşdu”.

Saytın etibarlı mənbədən aldığı məlumata görə, İctimai Televiziyanın Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov işdən çıxarılması ilə bağlı ərizə yazsa da, rəhbərlik qəbul etməyib. Bununla bağlı mətbuat xidmətindən bildiriblər ki, F. İsmayılov hazırda iş başındadır: "Füzuli müəllim seçkilər zamanı yorulduğu üçün məzuniyyətə çıxmaqla bağlı müraciət etmişdi. Artıq məzuniyyətdən qayıdıb və hazırda vəzifəsini davam etdirir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR