Vaşinqton-Paris ittifaqı Rusiya-Türkiyəyə qarşı...
CƏMİYYƏT
17.11.2020, 19:31
Elxan ŞAHİNOĞLU,
Politoloq
***
Minsk Qrupu həmsədrləri illər uzun Dağlıq Qarabağ münaqişəsinin “həlliylə” məşğul oldu, əslində isə işğalçının nazı ilə oynadı. Həmsədrlər (ABŞ, Fransa və Rusiya) özlərinin hazırladığı “Madrid planını” Ermənistana qəbul etdirmədi. Nəticədə Azərbaycan qərarını verdi və müharibə başladı. Azərbaycan qalibdir. Əlbəttə, Fransa və ABŞ-da bu bəzi dairələri narahat etsə də, Ermənistanın məğlubiyyətindən çox da kədənlənmirlər. Onları əsas narahat edən Türkiyənin Cənubi Qafqazda artan roludur.
Müharibə getdiyi müddətdə danışıqlar prosesində əsas iki dövlət iştirak edirdi – Rusiya və Türkiyə. Məhz bu iki ölkənin rəsmiləri 44 gündə bir-birləriylə tez-tez telefon danışıqları apardılar və vəziyyətdən çıxış yolları axtardılar. İki həmsədr – ABŞ və Fransanın faktiki oyundankənar vəziyyətdə qalması Rusiyanı da narahat etmirdi. Çünki, ABŞ və Fransanın Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı var, münasibətlərində kifayət qədər problemlər var. Ona görə də Moskva müharibə müddətində Paris və Vaşinqtonla hərəkət etməkdənsə Ankaraya ilə dialoqa ehtiyac duydu. Moskva anlayırdı ki, Azərbaycan Vaşiqnton və Parisin çağırışlarını eşitməyəcək, Bakı daima Ankara ilə təmas içində idi.
Buna baxmayaraq, Vaşinqton və Paris son günlər “biz də varıq” deməyə çalışırlar. Parisdə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Fransanın xarici işlər naziri Jan İv Le Drian arasında görüş olub. Müzakirənin əsas mövzularından biri Dağlıq Qarabağ olub. Onlar əvvəlkitək həmsədrlik instutunun davamı gərəkliyini vurğulayıblar.
Birincisi, ABŞ və Fransanın xarici siyasət idarələrinin başçıları atəşkəsin əldə olunmasında Rusiyannı addımlarını qeyd ediblər. Yəni Pompeo və Jan İv Le Drian Rusiyanın addımlarını dəstəklədiklərini deməyiblər, sadəcə “olan faktı qeyd ediblər”. Yəni Vaşinqton və Paris qeyri-müəyyən ifadə ilə Rusiyanın atəşkəs naliyyətini tərifləməkdən çəkiniblər.
İkincisi, ABŞ və Fransanın baş diplomatları sualların qaldığını, ən başlıcası isə Türkiyənin rolundan narahat olduqlarını açıq ifadə ediblər. Bu suallara onlar Rusiyadan cavab istəyiblər. Rusiya hər iki həmsədr ölkənin təmsilçilərini məsələni aydınlaşdırmaq üçün Moskvaya dəvət edib. ABŞ və Fransanın baş diplomatları açıq bildiriblər ki, Türkiyənin Şərqi Aralıq, Liviya və Suriyadakı siyasətindən narazıdırlar. Yəni onlar bununla demək istəyiblər ki, Türkiyənin Cənubi Qafqazdakı və Azərbaycandakı fəallığı da onları narahat edir. ABŞ təmsilçisi onu da vurğulayıb ki, Türkiyənin bölgədə hərbi potensialının artmasından narahatdır, elə bil söhbət Vaşinqtonun NATO üzrə müttəfiqindən getmir.
Üçüncüsü, ABŞ və Fransa təmsilçiləri qeyd ediblər ki, danışıqlar yenidən həmsədrlər çərçivəsində aparılmalıdır. Hiss olunur ki, Rusiya da bunu istəyir. Müharibə müddətində Ankara ilə sıx dialoq içərisində olan Moskva Türkiyənin Cənubi Qafqazda artan rolunu balanslaşdırmaq üçün Vaşinqton və Parisin diplomatik imkanlarından istifadə etməyə maraq göstərə bilər.
Beləliklə, Fransa və ABŞ yenidən meydana qayıtmaq istəyirlər. Ancaq meydanda hazırda iki əsas oyunçu var – Rusiya və Türkiyə. Əlbəttə, Ermənistan Fransa və ABŞ-ın oyuna qayıtmasını çox istəyir, çünki müharibə boyunca Vaşinqton və Parisdən öz xeyrinə açıqlalamar əldə edirdi. Əsas sual budur: Biz bu iki dövlətin yenidən danışıqlar prosesində rol almasını istəyirikmi? Rusiya onsuz da ermənilərdən yanadır, bir də ona daha iki ermənipərəst mərkəzin qoşulmasından nə əldə edəcəyik?
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: Əziz Yıldırım “Fənərbağça”nın oyununu meydandan izləmədi
Bugün, 00:19 İDMAN
-
Kılıçdaroğlu İstanbuldakı əleyhdarlarını “təmizləyir” – 7 təşkilatın rəhbər heyəti vəzifədən çıxarıldı
Bugün, 00:08 SİYASƏT
-
Milli mətbuatın yaranmasından 151 il ötür
Bugün, 00:01 PRESS
-
Türkiyədə daha bir bloger saxlanıldı
21.07.2026, 23:24 PRESS
-
Prezident İlham Əliyevin Fəxri qonaqlar kitabına nə yazıb? - FOTO
21.07.2026, 23:18 GÜNDƏM
-
İlham Əliyevlə Almaniya Kansleri bir araya gəldi, elə tarixi faktlar açıqlandı ki... - Berlindəki görüşdən yeni mesajlar (Yenilənib)
21.07.2026, 22:20 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" ilk oyundan qalib ayrıldı
21.07.2026, 21:59 İDMAN
-
CHP-dən Özgür Özəlin yeni partiya elanına ilk reaksiya: “Daha susmayacağıq”
21.07.2026, 18:25 SİYASƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Prokurorlar onların şikayətləri üzrə çıxışa başlayıb
21.07.2026, 18:03 GÜNDƏM
-
"Arka Sokaklar"ın “Vedat müdüri” Qocalar evinə sığınıb: “Heç kim məni axtarmır” - FOTO
21.07.2026, 17:47 MƏDƏNİYYƏT
-
Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar..."
21.07.2026, 17:29 İQTİSADİYYAT
-
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
21.07.2026, 17:23 SİYASƏT
-
CHP-nin “Kölgə kabineti”nin “vuran əl”i də istefa verdi
21.07.2026, 17:09 SİYASƏT
-
Hikmət Hacıyev Berlində qarşılaşdığı Tural Sadıqlıya belə dedi: "Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir" -VİDEO
21.07.2026, 17:02 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.07.2026, 17:00 İQTİSADİYYAT
-
İran Küveytin bir hissəsini işıq və sussuz qoyub
21.07.2026, 16:56 DÜNYA
-
Mərkəzi Gömrük Hospitalı ürək transplantasiyası icra edəcək
21.07.2026, 16:52 CƏMİYYƏT
-
Hökumət bu qurumlara səlahiyyət verdi - Süni intellektlə bağlı + CƏDVƏL
21.07.2026, 16:47 GÜNDƏM
-
Bu sahələrdə işləyən müəllimlər də sertifikatlaşdırılacaq - Qərar verildi + SİYAHI
21.07.2026, 16:41 MƏDƏNİYYƏT
-
BERLİNDƏN VERİLƏN MESAJLAR... - TƏHLİL
21.07.2026, 16:41 SİYASƏT
-
ÖZGÜR ÖZƏLİN YENİ PARTİYASINDA 82 DEPUTAT OLACAQ – SİYAHI
21.07.2026, 16:27 SİYASƏT
-
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununa nə qədər bilet satılıb?
21.07.2026, 16:01 İDMAN
-
Kansler İlham Əliyevlə brifinqdə: "Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir"
21.07.2026, 16:01 SİYASƏT
-
İlham Əliyev Almaniya Kanslerini Azərbaycana dəvət edib
21.07.2026, 15:41 GÜNDƏM
-
Azərbaycanda yenilik: motosikletlər ilk dəfə təcili tibbi yardım xidmətinə cəlb olundu - FOTOLAR
21.07.2026, 15:14 GÜNDƏM
-
ÖZGÜR ÖZƏL İSTEFA VERDİ, YENİ PARTİYA QURULUR: “Sizə söz verirəm ki…” – “Hər son bir başlanğıcdır”
21.07.2026, 14:51 SİYASƏT
-
Kəlbəcərdə mina partladı, bir nəfər yaralandı - Üç qurumdan birgə məlumat...
21.07.2026, 14:29 GÜNDƏM
-
"Bu ildən jurnalistika ixtisasına qəbul olmaq istəyənlər inşanı kompüterdə yazacaq"
21.07.2026, 14:16 PRESS
-
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
21.07.2026, 14:12 İQTİSADİYYAT
-
Azərbaycan və Almaniya prezidentləri görüşüblər - FOTOLAR (YENİLƏNİB)
21.07.2026, 14:12 GÜNDƏM
-
DAŞDAN ÇIXAN BƏNÖVŞƏ...
21.07.2026, 13:59 PRESS
-
"Qəbələ" nigeriyalı futbolçu alıb
21.07.2026, 13:57 İDMAN
-
SEPAH Pentaqonu ittiham edir: “Yalan məlumat yayırlar, itkiləri daha çoxdur”
21.07.2026, 13:38 DÜNYA
-
"Yalnız Sizdən kömək gözləyrəm" - Qarabağ veteranı icra başçısı ilə bələdiyyə sədrindən şikayətləndi, dövlət başçısına üz tutdu
21.07.2026, 13:20 CƏMİYYƏT