Tağı Əhmədov jurnalistə “sürüş, yıxıl, öl” dedi - VİDEO

img

23-11-2013 [17:23]



Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov jurnalistlərlə ünsiyyəti zamanı daha bir "şedevrə” imza atıb.

Bu gün YAP-ın yaradılmasının 21-ci ildönümü ilə bağlı "Four Sesasons” otelində keçirilən tədbir zamanı virtualaz.org saytının müxbiri T.Əhmədovdan metronun "28 May” stansiyasına döşənmiş mərmər üzündən insanların sürüşüb yıxılması ilə bağlı məsələyə münasibət öyrənməyə cəhd edib.

T.Əhmədov isə jurnalistin sürüşkən mərmərin metro stansiyasına niyə döşəndiyi barədə suala belə cavab verib: "Ona görə ki, get sürüş, yıxıl, öl”.

Qeyd edək ki, sürüşkən mərmər plitələr üzündən bir neçə nəfər yıxılaraq xəsarət alıb. Məsələ mətbuata çıxandan sonra T.Əhmədov bahalı mərmər plitələrin üzərinə sürüşməyə qarşı xüsusi sement məhlulunun tökülməsi barədə göstəriş verib.

T.Əhmədovun jurnalistlərlə bu stildə ünsiyyəti yeni deyil. O, az qala hər dəfə KİV ilə nümayəndələri qarşılaşanda yeni "aforizm” meydana çıxır. Məsələn, bir dəfə T.Əhmədov hər tərəfdən ona suallar verən jurnalistlərə belə demişdi: "Əəə, bir-bir. Bu nədi? Biri o yandan dızıldayır, biri bu yandan dızıldayır”.

Yaxud T.Əhmədovun jurnalistə "Nə burcudursan?” cavabı da məşhurlaşıb. Bir dəfə isə o, jurnalisti "popuqay” adlandırmışdı.

Virtualaz.org saytı yaddaşları təzələmək üçün T.Əhmədovun sosial şəbəkələrdə, habelə YouTube videosaytında rekordlar qıran "Əəə, bir-bir...” videsounu təqdim edir...


Digər xəbərlər
SON XƏBƏRLƏR