"Frans Press" və “Le Fiqaro" Azərbaycan səfirinin açıqlamasını yaymaqdan imtina edib: "Fransada özünüifadə və söz azadlığı belə olur”

img

09-11-2020 [12:46]


Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Frans Press Agentliyinə (“Agence France Presse”) və “Le Fiqaro” qəzetinə etiraz edib.

Mia.az xəbər verir ki, səfir bu barədə tvitter səhfəsində yazıb.

Səfir daha sonra qeyd edib: “Müsahibəmi yaymaqdan imtina edən “Agence France Presse” və müxbir Didier Laurasa ar olsun. Bizə söz verməkdən və məqalələrimizin dərcindən imtina edən “Le Fiqaro”ya, belə mövqe tutan başqa KİV-ə də ayıb olsun. Fransada özünüifadə və söz azadlığı belə olur”.

Rəhman Mustafayev Laurasın özünə və Oliver adlı bir nəfərin elektron poçt ünvanına göndərdiyi materialları da paylaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA