Çörək mağazasındakı borc dəftəri

img

19-11-2013 [15:12]



Sübhan Arifoğlu



Çörək qırıntıları, yerə düşəndə anam götürüb öpər, gözü üstə qoyardı. İslam dinində gündəlik ruzimiz olan çörək əvəzedilməz nemət kimi yüksək dəyərləndirilir və insanlardan ona hörmət bəsləmək, onun qədrini bilmək tələb olunur.

Azərbaycanlılar həmişə dar məqamlarda «çörək haqqı»-deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməyini diləyir, ən hörmətli qonağını duz-çörəklə qarşılayır.

Bir çox xalqlardan fərqli olaraq, biz türklər çörəyi süfrəmizdən əskik etmirik. Çörək tarixən müqəddəs nemət sayılır.

Mağazaların birində təsadüfən çörək satıcısının borc dəftərini vərəqləyərək deyindiyinin şahidi olduq. Məlum oldu ki, elə acınacaqlı durumda olan ailələr var, müqəddəs nemətimiz olan çörəyi belə almaga imkanı olmayır –nisyə dəftərinə adlarını yazdıraraq ailənin, uşaqların qabagına əliboş dönmək istəmir.

Gündə bir neçə dəfə istifadə etdiyimiz bu qida növü üçün hər bir ailə öz büdcəsinə uyğun olaraq pul xərcləyir.

Bu gün 20 il bundan öncəki kimi, heç bir çörək satılan yerlərin qarşısında böyük növbələr olmur, ancaq belə borc dəftərlərinin olması demək olar ki ,bu bərəkəti ala biləcək qədər pulu olmayan insanlarımızın olmasından xəbər verir.Magazalardan gündəlik aldıgımız malların qiymətimi ödəyərkən qalıq olaraq qalan1-5 qəpiklərin əvəzinə "Allah rızası üçün verilən” imkansız adamlara belə cörək qutularının goyulması yaxşı olmazdımı, onsuzda qalıq olaraq heç kim götürmür.Nəzərə alsaq ki, gündə yüzlərlə insan alış-veriş edir bu magazalardan.

Hər kəsin imtina edə bilməyəcəyi qida çörəkdi. Təbii ki, ən azı gündə bir dəfə çərək yeyirik

Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir.

Çörək ən müqəddəs nemətdir. El arasında işlənən "Allah bizi heç vaxt çörəklə imtahana çəkməsin", "Çörək Qurandan əvvəl gəlib" kəlamları da əbəs deyilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR