31 QHT rəhbərindən Ermənistanın fosforlu silahdan istifadə etməsinə etiraz - Bəyanat
31-10-2020 [18:33]
Azərbaycanda fəaliyyət göstərən QHT-lər Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
“Azərbaycan Ordusunun son 1 ayda işğal olunmuş ərazilərimizin böyük bir hissəsini, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları da daxil olmaqla 200 kənd və qəsəbəni azad etməsi, Ermənistanın döyüş meydanında darmadağın edilməsi, 3-cü ölkənin münaqişəyə cəlb etmək cəhdinin iflasa uğraması düşmənin ağır məğlubiyyətini qaçılmaz etmişdi.
Çarəsiz durumda olan Ermənistanın hərbi-siyasi rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarını ballistik raket atəşlərinə məruz qoyur və qadağan olunmuş kasetli bombalardan istifadə etməklə çoxlu sayda mülki əhalimizi qətlə yetirməkdə və yaralamqda davam edir. Oktyabrın 31-nə olan məlumata əsaəsən Ermənsitanın törətdiyi hərbi cinayət nəticəsində 91 nəfər həlak olmuş, 404 nəfər isə yaralanmışdır.
Ermənistan insanlığa qarşı törədiyi cinayətlərin Azərbaycan xalqını qorxurtmadığını və torpaqlarını işğaldan azad etməkdə qərarlı olduğunu görərək yeni və daha təhlükəli metodlara və təxribatlara əl atmağa başlayıb.
Belə ki, bu gün Azərbaycan müdafiə nazirliyinin verdiyi rəsmi məlumata görə işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.
Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində Ermənistanın hərbi -siyasi rəhbərliyinin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya Azərbaycan tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.
Artıq Ermənistanın təbliğat maşını guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayaraq gələcək təxribatlar üçün zəmin yaratmağa başlayıb. Belə ki, bu gün Ermənistan silahlı qüvvələri Şuşa meşələrində qadağan olunmuş ağ fosfordan istifadə etməklə qəsdən yanğın törətmiş və bunu Azərbayacanın üzərinə atmağa çalışmışdır. Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsi qəbul olunmuş müvafiq beynəlxalq konvensiyaların növbəti dəfə kobud şəkildə pozulması və dəhşətli müharibə cinayəti aktıdır.
Hesab edirik ki, aidiyyatı beynəlxalq təşkilatlar Ermənistan tərəfindən törədilən bu hərbi cinayətə laqeyd qalmamalı və ona adekvat qiymət verməlidir. Eyni zamanda beynəlxalq ictimaiyyət Ermənistanın hərbi - siyasi rəhbərliyini tarix və hüquq qarşısında məsuliyyət daşıyacağı beynəlxalq cinayətlər törətməyi dayandırmağa, xalqının gələcək taleyini düşünərək işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyə, regionda sülhün və təhlükəsizliyin yaranmasına mane olmamağa çağırmalıdır”.
Bəyanatı 31 təşkilat imzalayıb.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun