Sabiq deputat da mətbuatdan qonorar istəyir - Açıqlama

img

19-11-2013 [12:12]



Keçmiş millət vəkili Nazim Məmmədov mətbuatdan qonorar istəyir.

Mia.az xəbər verir ki, bunu N.Məmmədovun özü "Facebook"da yazıb. Sabiq deputatın açıqlamasını olduğu kimi təqdim edirik: 

 "Hörmətli jurnalistlərin nəzərinə: Nəzərə alsaq ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, ona görə də mən qonorarsız açıqlama, müsahibə, rəy verməyi bu dəqiqədən dayandırıram. Bu heç də mətbuatdan yayınmaq anlamına gəlmir, simvolik də olsa, mən itirdiyim vaxtın dəyərini kompensasiya etməliyəm. Məqsəd pul qazanmaq deyil, o yığılacaq pulu isə, indidən mətbuatın inkişaf fonduna (belə bir qurum yoxdursa, kimsəsizlər evinə) köçürməyi həmin mətbu orqandan xahiş etmək niyyətim var. Sadəcə mənimlə müqavilə imzalanmalı, şərtlər, tariflər dəqiqləşdirilməlidir. Gələcəkdə rəqabətli mühit formalışdıqda isə, 1-2 TV, 1-2 radio, 2-3 qəzet və 2-3 saytla əməkdaşlıq etmək niyyətindəyəm. Azərbaycanda, dünyada baş verən siyasi-iqtisadi-sosial və digər hadisələrə isə Facebook, Twitter üzərindən reaksiya verəcəm, oradan götürməyinizə isə heç bir iradım olmayacaq. Məni dəstəkləyə biləcek ekspertləri də bu təşəbbüsə qoşulmağa dəvət edirəm".  

Digər xəbərlər
SON XƏBƏRLƏR