Nazirliyin adından eletron poçt istifadəçilərinə saxta məktublar göndərilir - Xəbərdarlıq
PRESS
29.10.2020, 13:03
Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatlarını davam etdirir. Düşmən bu dəfə də elektron poçt üzərindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) adından “fişinq” xarakterli məktublar göndərir.
Mia.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, öndərilən saxta məktublarda istifadəçilərdən 48 saat ərzində məktubda göstərilmiş keçidə daxil olaraq elektron poçtları qeydiyyatdan keçirmələri və onu təsdiq etmələri istənilir:
"Əks halda, həmin istifadəçilərin e-poçtlarından istifadə edə bilməyəcəkləri bildirilir. Yalançı məktuba etibarlığı artırmaq üçün mətndə Azərbaycan Respublikasının bayrağı və gerbi, nazirliyin loqosu, ünvanı, rəsmi şəxsin adı göstərilir. Məqsəd istifadəçilərin diqqətini yayındıraraq, zərərli keçidlərə daxil olmağa vadar etməklə müvafiq məlumatları ələ keçirmək və bu yolla həmin şəxslərin istifadə etdikləri avadanlığa və şəbəkəyə yol tapmaqdır.
NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Qeyd edək ki, bir çox istifadəçilərin öz elektron poçtlarına VPN internet bağlantısından istifadə yolu ilə daxil olması həmin şəxslər və onların təmsil etdikləri qurumların şəbəkələri üçün çox ciddi təhlükə riski yaradır.
İstifadəçilərdən xahiş olunur ki, hazırkı dövrdə maksimum diqqətli olsunlar, bu kimi məlumatlara etimad edib ani hərəkət etməsinlər. Eyni zamanda keçidlərə daxil olub fərdi məlumatlarını təqdim etmədən öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Bir daha qeyd edirik ki, bu formatlı məlumatlar xüsusən “fişinq” (tilova salmaq) cəhdləridir.
Həmçinin vətəndaşlar bu kimi hallarla üzləşdiklərində, 1654 və 1655 qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zaur Kamal qəza etdi - “Bu da belə getdi”
Bugün, 14:50 KRİMİNAL
-
İmişlidə zəlzələ olub
Bugün, 13:44 GÜNDƏM
-
Yasamalda evdə partlayış: bir nəfər ölüb, dörd nəfər xəsarət alıb (YENİLƏNİB)
Bugün, 13:28 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik - Departament müdiri təyinatı oldu
Bugün, 12:34 GÜNDƏM
-
Prezident İlham Əliyev Donald Trampı təbrik etdi - MƏTN
Bugün, 10:09 GÜNDƏM
-
Azərbaycan nefti bahalaşdı
Bugün, 09:02 İQTİSADİYYAT
-
DÇ-2026: 1/8 final mərhələsinin bütün qarşılaşmaları bəlli oldu
Bugün, 08:54 İDMAN
-
Suriya Prezidenti aktrisanı deputat etdi – FOTOLAR
03.07.2026, 19:30 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan Bkaıda hakim qarşısında - Məhkəmə iclası + FOTOLAR
03.07.2026, 19:17 GÜNDƏM
-
Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb - FOTOLAR
03.07.2026, 18:57 PRESS
-
Kənd təsərrüfatı nazirinin müşavirinə yeni vəzifə verildi
03.07.2026, 18:48 İQTİSADİYYAT
-
Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı danışdı: "Bu ideya şəxsi ehtiyacdan yarandı"
03.07.2026, 18:01 MƏDƏNİYYƏT
-
Almaniya yığmasının baş məşqçisi istefaya göndərildi
03.07.2026, 17:49 İDMAN
-
“iPhone 18 Pro”nın gizli məlumatları sızıdrılıb
03.07.2026, 17:26 İQTİSADİYYAT
-
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
03.07.2026, 17:17 GÜNDƏM
-
Coratda dənizdə iki nəfər batıb - Birinin meyiti çıxarılıb
03.07.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
03.07.2026, 17:00 İQTİSADİYYAT
-
İngilis həkim 36 yaşlı modeli doğrayıb
03.07.2026, 16:41 DÜNYA
-
Dəniz Göktaşın barəsində həbs qətimkan tədbiri seçildi
03.07.2026, 16:23 MƏDƏNİYYƏT
-
ABŞ lideri: “İran demək olar ki, hər şeyə razılaşıb”
03.07.2026, 16:09 DÜNYA
-
Türkiyədə bələdiyyə sədrinin köməkçisi tutulub - Şok ittihamlar
03.07.2026, 15:57 KRİMİNAL
-
Azərbaycan rəsmiləri İranın sabiq Ali rəhbərinin dəfn mərasimində - FOTOLAR
03.07.2026, 15:56 SİYASƏT
-
CHP-li deputatın başı qaldadır - Qardaşı oğlu saxlanılıb
03.07.2026, 15:43 SİYASƏT
-
Türkiyədən Əli Xameneinin dəfn mərasiminə kimlər qatılıb? – FOTOLAR
03.07.2026, 15:28 DÜNYA
-
Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır
03.07.2026, 15:18 GÜNDƏM
-
Dəniz Göktaşın polisdə verdiyi ifadə yayıldı: "İttihamları qəbul etmirəm"
03.07.2026, 14:49 MƏDƏNİYYƏT
-
Bakıda iki nəfər 19 kiloqramdan artıq narkotiklə tutulub
03.07.2026, 14:34 KRİMİNAL
-
Pakistanda avtobus qəzası: 40 nəfər hadisə yerində ölüb
03.07.2026, 14:27 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
03.07.2026, 14:22 GÜNDƏM
-
İran Ordusunun Komandanı: “Xameneinin qisasını alacağıq”
03.07.2026, 14:09 DÜNYA
-
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
03.07.2026, 13:54 GÜNDƏM
-
"Kəpəz"in İdarə Heyətinin yeni sədri seçilib
03.07.2026, 13:38 İDMAN
-
"Baxın, Fon der Lyayenin 4 il əvvəlki və indiki səfərinin kontekstinə..." - ZAHİD ORUCLA MÜSAHİBƏ
03.07.2026, 13:23 SİYASƏT
-
Rusiyanın nəhəng şəhərində benzin tükəndi – Satış dayandı, meriya açıqlama yaydı
03.07.2026, 13:08 İQTİSADİYYAT