Birinci vitse-prezidentin köməkçisi: “Paşinyan döyüş əməliyyatlarının həqiqətən dayandırılmasına razı ola bilməz, çünki..."
27-10-2020 [12:09]
“Azərbaycan bu gün öz gücü hesabına tarixi ədaləti bərpa edir”.
Mia.az xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov “Əl-Cəzirə” telekanalının xəbərlər buraxılışının canlı yayımında deyib.
Ermənistanın növbəti, üçüncü dəfə Vaşinqtondakı görüşlər nəticəsində elan edilmiş humanitar atəşkəsi kobud şəkildə pozduğunu bildirən E.Əmirbəyov Azərbaycan tərəfinin rəsmi İrəvanın bu dəfə öhdəliklərini yerinə yetirəcəyinə dair xüsusi illüziyalarının olmadığını vurğulayıb: “Paşinyan döyüş əməliyyatlarının həqiqətən dayandırılmasına razı ola bilməz. Çünki müharibədən sonra döyüş meydanında alçaldıcı məğlubiyyətə uğrayan Ermənistan ondan sentyabrın 27-də başladığı avantüranın hesabatını tələb edəcək. O, həmçinin başqasının torpağı uğrunda döyüşmək üçün ölümə göndərdiyi erməni hərbçilərin ata-anaları qarşısında cavab verməli olacaq”.
Onun sözlərinə görə, Paşinyan məhz bu səbəbdən hər dəfə vasitəçilərə yeni atəşkəs elan olunması barədə yalvarır, amma fasilədən sülhə nail olmaq üçün yox, şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərə nəzarəti yenidən bərpa etmək xəyali ilə yeni silah və texnika partiyalarını gətizdirmək üçün istifadə etmək istəyir. “Eyni zamanda, Ermənistan hərbçiləri əsasən dinc azərbaycanlı mülki əhalini raket və top atəşinə tuturlar ki, bu da artıq 65 nəfərin ölümünə və 300-dən çox insanın yaralanmasına səbəb olub”.
Bakının mövcud şəraitdə münaqişənin həllini necə gördüyü barədə suala E.Əmirbəyov Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını, lakin əsas məqsədinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünün ən qısa zamanda bərpası olduğunu vurğulayıb.
“Bunu etmək üçün yalnız iki yol var.
Birincisi, Ermənistan atəşi dərhal dayandırmalı, onun rəhbərliyi isə bütün silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması barədə ictimai öhdəlik götürməli, bu baxımdan ən qısa müddətdə belə geriçəkilmə cədvəlini bizimlə razılaşdırmalı və bundan sonra tərəflər siyasi tənzimlənmənin mahiyyət etibarilə bütün digər aspektlərinə dair danışıqlara başlamalıdır.
İkincisi, Ermənistan döyüş meydanında mənasız müqavimət göstərməyə davam edir, vasitəçilərin tərəfləri sülh prosesi yoluna qaytarmaq cəhdlərini rədd etməyə davam edir və bununla da Azərbaycanı legitim qeyri-diplomatik vasitələrlə son məqsədə çatmağa məcbur edir. Seçim Paşinyanındır, amma onun çox da vaxtı yoxdur”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb