“Hərbi vəzifə və hərbi xidmət” haqqında qanuna dəyişiklik oldu 

img

27-10-2020 [11:55]


Müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

Məlumata görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR