Vüqar Rəhimzadə: "ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığının göstəricisidir"
26-10-2020 [19:40]
"Azərbaycan Vətən müharibəsinin 30-cu gününü yaşayır. 30 ildir işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq torpaqlarımızın 20 faizini işğal altında saxlamasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına göz yuman dünya ictimaiyyətindən haqqın, ədalətin bərpasını istəyən Azərbaycan bu 30 gündə Ordumuzun Ermənistanın hərbi təxribatlarının qarşısını qətiyyətli əks-hücum əməliyyatları ilə alması nəticəsində həm döyüş meydanında malik olduğu potensial imkanları, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mümkünlüyünü nümayiş etdirir. İşğalçı Ermənistan bugünədək danışıqları imitasiya üçün aparmış, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirmişdir. Ermənistanın faşist siyasəti özündə başqa xalqlara və millətlərə kin, nifrət bəsləməyi, başqalarının ərazilərinə göz dikməyi ehtiva edir. Onun bu gün yeni ərazilər iddiası ilə müharibə planını ortaya qoyması da deyilənlərin təsdiqidir".
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində geri çəkilən Ermənistan məğlubiyyəti ilə barışmayaraq mülki əhalini, yaşayış məntəqələrini raket atəşinə tutmaqla faşist siyasətini bir daha təsdiqlədi: «Azğın və xəyanətkar düşmənə sarsıdıcı zərbələr endirilir, ərazilərimiz işğalçılardan təmizlənir. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin, eləcə də 100-dən artıq yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımıza böyük inam bəxş edir.»
Baş redaktor onu da əlavə edib ki, özbaşınalıq, rüşvət verib koronavirus adı ilə ordudan yayınma halları, muzdluların, eyni zamanda, əsgər çatışmazlığından yaşlıların və uşaqların döyüşlərə cəlb olunması Ermənistanın ordusunun aydın mənzərəsini yaradır. Ermənistan tərəfindən muzdlu döyüşçü qismində müxtəlif terror təşkilatlarının üzvlərinin, xarici ölkə vətəndaşlarının işğal olunmuş ərazilərimizə gətirilərək hərbi əməliyyatlara cəlb olunması ilə bağlı tutarlı faktlar mövcuddur. Həmçinin bu faktlar da təsdiqlənir ki, Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatı işğal olunmuş torpaqlarımızda hərbi bazalar qurur və Azərbaycana qarşı vuruşur.
V.Rəhimzadə inkaredilməz olan bu həqiqəti qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır. Bunu hər kəs və bütün dünya bilməlidir: «Ona görə də dünya birliyi ikili standartları kənara qoyub Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkara sanksiyalar tətbiq etməli, işğalçı dövlətin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi beynəlxalq cinayətlərə laqeyd qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə cəlb olunmalı və törətdiyi qəddar əməllərə görə cavab verməlidir. Möhtərəm Prezidentimizin müsahibələrində və xalqa müraciətlərində də bu məqam öz əksini tapır ki, əgər bunu beynəlxalq birlik etməyəcəksə, Azərbaycan özü cinayətkarları cəzalandıracaqdır.»
Baş redaktor vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin Yaponiyanın “Nikkei”, Fransanın “Figaro” qəzetlərinə, ABŞ-ın “Fox News” televiziya kanalına müsahibələrində, eyni zamanda, Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirədə, oktyabrın 26-da xalqa müraciətində də münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlərin neytrallığı qorumamasına diqqəti yönəldərək bildirmişdir ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz: «Ölkə Prezidenti ABŞ-ın «Fox News» telekanalına müsahibəsində bir daha yüksək intellekt, məlumatlılıq, natiqlik bacarığı, diplomatik məharət nümayiş etdirmiş, qərəzli və dolaşıq suallar verən jurnalistə sözün əsl mənasında master-klass keçmişdir. Cənab İlham Əliyev Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandanı kimi həm hərb meydanında öz sözünü deyir, həm də siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini ustalıqla izah və müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır. Dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələrində Azərbaycanın mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə, səlis izah edir, düşmənin əsassız iddialarını əks-arqumentlərlə yerindəcə ifşa edir.»
V.Rəhimzadə bu fikri də xüsusi qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin nüfuzlu beynəlxalq media qurumlarına, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə məxsus mətbu orqanlara müsahibələri Rusiya, ABŞ və Fransa auditoriyasına həqiqətlərin çatdırılmasına bir daha imkanlar yaratmış, işğalçı dövlətə bugünədək verilən dəstəklərin əsl mahiyyətinə işıq salmışdır: «Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri əks etdirdiyinə görə Fransanın TF1 telekanalının Fransada yaşayan ermənilərin ciddi təzyiq və təhdidinə məruz qalması nə dərəcə demokratiyanın tələblərinə, beynəlxalq hüquq normalarına uyğundur? Bu hal Fransanın imicinə, söz və məlumat azadlığına böyük zərbədir. Fransa hökuməti «Şarl Ebdo» jurnalını müdafiə etdiyi kimi, TF1 kanalını da müdafiə etməli, azğınlaşmış erməni millətçilərinə, erməni icmasına öz yerini göstərməlidir. Necə olur ki, hansısa mətbu orqanda İslam dini təhqir edilən zaman bütün dünyada milyonlarla müsəlmanın haqlı tələbinə məhəl qoyulmur və bu mövqe söz azadlığı ilə əsaslandırılır, lakin 5-10 min erməninin hikkəsi əsasında ölkənin aparıcı telekanalından birində söz azadlığı boğulur.»
Baş redaktor Fransanın vasitəçiliyə uyğun addım atmadığını önə çəkərək bildirib ki, məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar: «Ermənistan ilə Azərbaycan arasında yaşanan münaqişə nəticəsində beynəlxalq təşkilatlardan tutmuş region və dünya ölkələrinə qədər kimin hansı mövqedə olduğu daha aydın görünür. Atəşkəsin bərpası üçün danışıqlara hazır olduğunu bildirən Fransa sentyabrın 27-dən bugünədək ikili standartlara əsalsanan siyasətini daha qabarıq şəkildə büruzə verir. Fransa erməni diasporunun güclü olduğu ölkələrdən biridir, eyni zamanda, ermənipərəst siyasəti ilə daim diqqətdə olub. Reallıq budur ki, bu gün Prezident Emmanuel Makron ermənilərə hədsiz dərəcədə sevgisi və türk dünyasının iki aparıcı dövlətinə - Türkiyə və Azərbaycana qarşı nifrəti ilə hətta öz sələflərini də kölgədə qoyub. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkə üçün belə addımların atılması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir.»
V.Rəhimzadə Fransanın qeyri-konstruktiv siyasəti ilə bağlı bu məqamı da diqqətə çatdırıb ki, Azərbaycana qarşı hərbi təcavüzün davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə etməklə mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi bir məqamda Fransa parlament nümayəndə heyətinin Ermənistana səfəri təxribat xarakteri daşıyır. Fransanın bu addımı onun vasitəçilik missiyasına ziddir.
«Bu kimi faktları xeyli sayda sadalamaq olar» söyləyən Vüqar Rəhimzadə bildirib ki, Fransanın danışıqların bərpasına çağırışları, BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün səylər göstərməsi və sair kimi birtərəfli addımları riyakarlığının göstəricisidir. Dövlətinin, xalqının gələcəyini düşünən ölkə rəhbəri heç zaman beynəlxalq münasibətlərdə belə xaosun yaranmasına çalışmaz. Azərbaycan Ordusu davamlı qələbə xəbərləri ilə Paşinyanla bərabər ona havadarlıq edən Fransa kimi mövqeyi beynəlxalq hüquq normalarına zidd olan dövlətlərin də işğalçı planlarını alt-üst edir. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordumuz erməniləri işğal altında olan torpaqlarımızdan qovur və dövlətimizin başçısının dediyi kimi, qovmağa davam edəcək. BİZ ZƏFƏR ÇALACAĞIQ! QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
Pambıqçılıqla bağlı yeni fərman verildi
Prezident bələdiyyələrlə bağlı yeni qanunları təsdiqlədi
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
Ərdoğanın baş müşaviri vəfat edib - Sabiq DİN başçısı açıqladı
Prezident İlham Əliyev gürcüstanlı naziri qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
Bağçalara uşaq qəbul başlayır
Prezident İlham Əliyev Uxnaaqiyn Xurelsuxa məktub göndərib - MƏTN
Ağdamda insan skeleti tapılıb
Bakıda varlı adamların qumar oynadığı məkan: tarix... - VİDEO
İsrail məktəbi vurub - Ölən və yaralananlar var
Natiq Xankişiyev tutulub
"Azəriqaz"da daha bir dəyişiklik - "Nəqliyyatçı" Baş Direktorun maliyyə üzrə müavini təyin edilib
Azərbaycan neftinin qiyməti 74 dollara düşdü
Musiqili “Qaynar xətlər”imiz…
"Onlar dənizdə kompressor quyuları ilə rastlaşanda, ças-baş qalırlar ki..." - SOCAR-ın "yöndəmsiz kadr" seçimi ilə bağlı sensasion faktlar
Rəsmi Vaşinqtondan İlham Əliyevlə Paşinyanın görüşünə reaksiya: "...nə lazımdırsa, ediləcək"
"Ümid edirik ki, bu, bir daha təkrarlanmayacaq" - Departament İordan çayının qərb sahilində xristianlara hücumlarını pisləyib
Azərbaycan elminin üzqaraları - Ali məktəblər hər yoldan ötənə "professor" adı verir
Makron: "Mən inanıram ki, Fələstin dövlətini tanımaq və..."
"Arsenal"a transfer üçün sevgilisindən imtina etdi - FOTO
Kim Çen In məhkəməyə veriliib
Elxan Şükürlü: "Cənubi Qafqaz körpüsündə böyük uzlaşma olmadıqca, dünyada sülh olmayacaq"
Qəzzada daha bir jurnalist həlak olub
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzası törədib - Xəsarət alanlar var
Prezident İlham Əliyev BƏƏ-yə səfərindən görüntülər paylaşıb - VİDEO
Ermənilər Bakıda məhkəmədə: əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalanlar ifadə veriblər
Avropa Liqası: "Sabah" son dəqiqə qolu ilə məğlub olub
Laçında insan skeletinin qalıqları tapılıb
Ukraynalı daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə PUA təlimi başa çatıb
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTOLAR
Daha bir CHP-li bələdiyyə sədri vəzifədən kənarlaşdırıldı
“Sumqayıt” portuqaliyalı müdafiəçi ilə anlaşdı
Keşikçidağda 3800 il yaşı olan döyüşçü kurqanı aşkarlanıb - FOTOLAR
Saşa İliçin köməkçiləri bəlli olub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
DTX-dən mühüm əməliyyat: "vaqner"çilər tutuldu
Gəncədə evdən tibb bacısının meyiti tapıldı
Efirdə dava: "Get, babana təmiz bax, iİydən burada otura bilmirəm"
Braziliyadan ABŞ-a təhdid: "Oxşar cavabımız olacaq"
Avronun məzənnəsi 2.5 manat olacaq? - Mərkəzi Bankdan açıqlama