Ermənistan atəşkəsi pozur: beynəlxalq vasitəçilərə etibar tükənir - TƏHLİL
26-10-2020 [15:02]
Dünya da ədalətsiz və haqsız insanların özlərinə oxşayır. Təəssüf ki, 100 ildən artıqdır beynəlxalq ictimaiyyət adından az qala eyni qüvvələr çıxış edir. Onların irəli sürdüyü ədalət prinsipi isə bir çox hallarda ədalətsizliyə məruz qalır. Müstəqilliyini bərpa edəndən sonra Azərbaycan da bu haqsızlıqla üzləşib.
Əslində, indiyədək Qarabağla bağlı beynəlxalq vasitəçilərin tutduğu mövqe qərəzli olub. Bu münasibət isə münaqişənin, işğalın müddətinin uzanmasına və bölgənin təhlükəsizliyinin təhdid edilməsinə səbəb olur. Belə çıxır ki, beynəlxalq vasitəçilər Cənub Qafqazda əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunmasında maraqlı deyillər, yaxud qarşıdurma yaratmağa çalışırlar. Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, bunu aydın görərik. İstər əsrin əvvəlində Xalq Cümhuriyyəti dövründə, istər keçmiş sovetlər zamanında, istərsə də Cümhuriyyətin bərpasından sonrakı indki çağda Azərbaycan bu ədalətsizliklə üzləşib. 1918-ci ildə I Dünya müharibəsində iştirak edən böyük güclərin Qarabağdakı ermənilərə yardım etməsi unudulmayıb. Sovetlər dövründə Azərbaycan türklərinin Ermənistandan, öz dədə-baba yurdlarından çıxarılması, “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması və bu imperiyanın dağılmasının son illərində Kremlin atdığı addımlar yaddan çıxmayıb.
Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın ərazi bütövlüyünü qəbul edən beynəlxalq ictimaiyyət onun təmin olunması məsələsinə çatanda ağızlarını süründürməyə başladı və məntiqsiz güzəştlərdən danışdı. Sovetlər dağılandan sonra dünyanın nizamına nəzarəti üzərinə götürən ABŞ ədalətdən danışsa da, bu məsələdə prinsipindən sapdı. ABŞ Konqresi erməni lobbisinin təşəbbüsü ilə “Azadlığı müdafiə aktı” sənədinə əsasən, Azərbaycana qarşı “907 saylı düzəliş”i qəbul etdi. Bu, demokratik prinsiplər əsasında qurulan yeni respublikaya təzyiq və qeyri-obyektiv münasibət idi. Onda ABŞ konqresmenləri belə hesab edirdilər ki, guya Azərbaycan Dağlıq Qarabağı “işğal edir” və Ermənistanı “blokada”da saxlayır. Hər iki iddianın ağ yalan olduğu hamıya aydın idi. Ancaq ötən 27 il ərzində beynəlxalq ictimaiyyət və vasitəçilər bu ağ yalanı müdafiə, onun ayaq tutmasına yardım ediblər. İndi də bu iddianı davam etdiməyə cəhd göstərilir.
Azərbaycan bütün beynəlxalq normalara, prinsiplərə və hüquqa əsasən, öz ərazi bütövlüyünü 27 ildən sonra bərpa etməyə başladı. Bundan əvvəl isə Azərbaycan Ermənistanı dəfələrlə işğal etdikləri ərazilərdən çıxmağa və beynəlxalq hüquqa hörmət etməyə çağırdı. Ancaq rəsmi Yerevan torpaqları işğaldan azad etməklə bağlı nə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, nə də beynəlxalq hüquqa məhəl qoymadı. Ermənistan havadarları və himayədarlarının yardımı ilə işğal etdikləri ərazilərdə möhkəmlənməyə, yeni yaşayış yerləri salmağa və hətta xarici ölkə vətəndaşlarını ora köçürməyə, habelə terrorçular üçün təlim düşərgəsi salmağa başladı.
Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də əks-hücum əməliyyatı ilə özünü işğaldan və işğalçıdan müdafiə etməyə başlayıb. İşğal altında olan torpaqlarını azad edir. Odur ki, dünyanın probleminə çevrilən Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin tutduğu qərəzli mövqeyə görə həll olunmur.
Son günlər beynəlxalq ictimaiyyət Ermənistandan qətnamələrin yerinə yetirilməsini, beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb etməkdənsə, yenə əvvəlki mövqeyindən çıxış edir. Torpaqlarını azad edən, Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Həmin təzyiqlərdən biri bu günlərdə BMT Təhlükəsizlik Şurası tərəfindən edildi. Qurum 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrasını tələb etməkdənsə, qurumun daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsində Azərbaycana təzyiqə üstünlük verdilər.
Oktyabrın 26-da həmin beynəlxalq ictimaiyyətin təkidi əsasında humanitar atəşkəs elan edilidi. Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında oktyabrın 10-u və 17-də olmaqla iki humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Ancaq hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozulmuşdu. Ermənistan 1994-cü ilin mayında qəbul edilmiş atəşkəsi pozduğu kimi, bu dəfə də əldə olunmuş humanitar atəşkəsi pozur. Ermənilər bu rejimə cəmi 4 dəqiqə əməl edə biliblər. Oktyabrın 26-da səhər saat 08:00-da qüvvəyə minən atəşkəs saat 08:04 Ermənistan tərəfindən pozuldu. Halbuki bu rejimlə bağlı bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən olunmalıdır. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (“timeline”) ifadəsində məhz bu nəzərdə tutulur. Eyni zamanda atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Ancaq həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var.
Nikol Paşinyan
Ermənistan münaqişənin həllinə yenə yardım etməkdən yayınır, müharibəyə üstünlük verir. Ermənistanın baş naziri Nikol Paşinyan baza prinsiplərini rədd edib “münaqişənin diplomatik həlli yoxdur” desə də, havadarlarından yardım istəyir, “danışıqlar”, “atəşkəs” və “kompromis”dən danışır. Azərbaycanda erməniləri və onun hakimiyyətini yaxşı tanıyırlar. Ermənistan bu yolla güc toplayıb, silah-sursat əldə etmək niyyətindədir. Bu, əvvəlki iki humanitar atəşkəs zamanı baş verib. Habelə 27 illik atəşkəs dövründə də Ermənistan işğal etdiyi ərazilərdə hərbi istehkamlar qurmaqla Azərbaycan torpaqlarından çıxmaq niyyətində olmadığını sübut edib. Bu baxımdan ermənilər verdikləri sözə heç vaxt əməl etmədiklərini dəfələrlə təsdiqləyiblər.
Ermənistan atəşkəsi yeni pozur. Ermənilər müxtəlif mənbələrdən işğal altında olan Qarabağdakı ərazilərə silah-sursat və canlı qüvvə daşıyır. Beynəlxalq ictimaiyyət Ermənistana heç bir təzyiq etmir. Onu tumarlamaqla ərazisi işğal altında olan Azərbaycana təzyiqlər edirlər.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın Xarici İşlər naziri və Ermənistan XİN başçısı ilə oktyabrın 29-da Cenevrədə görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər.
Azərbaycan tərəfi münaqişənin dinc, danışıqlar yolu ilə həllinə hər zaman razılıq verib. Ancaq maraqlıdır 28 ildə münaqişənin həlli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində heç bir irəliləyişə nail olmayan həmsədrlər bundan sonra bir neçə gün ərzində nə möcüzə yaradacaqlar? Yoxsa, işğala məruz qalan Azərbaycana yenə məntiqsiz güzəşt təklif ediləcək? Təbii ki, vəziyyət və şərait indi tamamilə fərqlidir. Heç həmsədrlər də əvvəlki kimi tərəfsiz olduqlarını iddia edə bilməz. Onlardan biri Fransa son hadisələr zamanı özünü tamamilə ifşa etdi. Bu ölkənin prezidenti Emmanuel Makron və parlamentinin üzvləri birmənalı, açıq-aşkar Ermənistanın müdafiəsinə qalxdı. Odur ki, Ermənistana silah-sursat, canlı qüvvə, diplomatiya və başqa məsələlərdə yardım edən Fransanın həmsədr kimi etibarı tükənib. Onun bu danışıqlarda iştirakı daha çox formal xarakter daşıyır. Fransa münaqişənin həllində tərəfsizliyini qoruya bilmədi. Emmauel Makron davranışı və yürütdüyü siyasəti ilə Fransanın beynəlxalq imicinə zərbə vurdu. Bu ölkə münaqişələrin həllində tərəfsiz olduğunu sübut etmək üçün uzun illər əziyyət çəkəcək. ABŞ və Rusiyada ayrı-ayrı epizodlarda bu baş versə də, həmin ölkələrin liderləri Makron kimi birmənalı mövqe nümayiş etdirmədi.
Beləliklə, Ermənistan tərəfindən pozulan atəşkəslər, davam edən işğal danışıqların hələ bir müddət yenə nəticəsiz başa çatacağını ehtimal etməyə əsas verir.
Sədrəddin SOLTAN,
Report.az
"Tamstore" marketlər şəbəkəsi həftəsonu niyə işləmir? - "Göbələk kimi hər yerdən çıxıblar, amma..."
Ərdoğan "Togg"un yeni modelini sınaqdan keçirib: "Maşallah" - FOTO
“Neftçi” Fransa millisinin oyunçusunu alıb
Bu dövlət qurumlarına məxsus maşınlar hərraca çıxarıldı - SİYAHI
Beş kollecin direktoru dəyişib
Prezident İlham Əliyev sərəncam imzalayıb
Sabah yağış yağacaq
Xalq artistinin dəbdəbəli bağ evi... - VİDEO
General Əli Nağıyev DTX-nin Akademiyasında: "Ayıq-sayıq olmalı..." - VİDEO, FOTOLAR
Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
Sabirabad sakini Kürdə boğulub
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda Aşuradır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb
Super Liqanın püşkü atıldı - Derbi oyunları nə vaxt oynanılacaq?
"Yuventus" Conatan Davidi transfer edib
Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR (Yenilənib)
Ölkə başçıları Xankəndidə çay sürfəsi arxasında - VİDEO, FOTOLAR
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib - Açıqlama
Qəzza zolağında savaş: 37 fələstinli həlak olub
Milli Məclisin növbəti iclası iyulun 8-də olacaq
Ermənilər Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib