Rusiya XİN ermənilərin Gəncəyə raket zərbəsi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb

Rusiya XİN ermənilərin Gəncəyə raket zərbəsi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb

SİYASƏT

24.10.2020, 17:11

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın atdığı raket zərbəsi nəticəsində 13 yaşlı yeniyetmənin yaralanaraq xəstəxanada vəfat etməsi ilə bağlı “Facebook”dakı rəsmi hesabında paylaşım edib.

Məlumata görə, paylaşımda bildirilib ki, oktyabrın 24-də Gəncə şəhərindəki xəstəxanada 17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət alan Rusiya vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakovun vəfat etməsi barədə Rusiya səfirliyi məlumatlandırılıb.

Qeyd olunub ki, səfirlik Gəncə şəhərinin icra hakimiyyəti orqanları və həlak olanın qohumları ilə daim təmasdadır və onlara lazımi yardımı göstərir/APA.   

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR