16-11-2013 [12:31]
Yazıçı Kənan Hacı Müstəqil İnformasiya Agentliyinə müsahibə verib.
Salam, Kənan müəllim. Necəsiz?
-Salam. Yaxşıyam, çox sağ olun!
Özünüzü necə hiss edirsiz?
-Özümü bir yazıçı olaraq formada hiss edirəm.
Yaradıcılığınızda nə yeniliklər var?
- Demək olar ki, hər gün yazıram. Çoxdan yazdığım bir nəsr əsəri vardı, bu yaxınlarda həmin əsəri bir daha nəzərdən keçirdim və düşündüm ki, onu yenidən yazmaq lazımdır, üzərində işlədim, artıq tamamlamışam. "Rəqqasə” adlı bir romandır. Əsəri "Qanun” nəşriyyatına təqdim etmişəm. Görək nə olur. Yeni yazdığım şeirlər, hekayələr var, bunları da gələcəkdə toplayıb ayrıca bir kitab halına salmaq fikrim var.
Yeni romanlar gözlənilir?
-Hal-hazırda şərti adı "Fironun dəftəri” olan bir roman üzərində işləyirəm. Əsər cəmiyyətdən təcrid olunmuş, psixoloji cəhətdən qüsurlu, insanlarla ünsiyyətdən qaçan bir adamın faciəsindən bəhs edir. Yaza-yaza çoxlu qeydlər aparıram, mövzuyla bağlı ədəbiyyat oxuyuram. Mən bir az hövsələsiz adamam, amma yazı prosesində hövsələsizlik yazıçının ziyanına işləyir. Özümə söz vermişəm ki, tələsməyəcəm. Bu roman ola bilsin ki, gələn ilin ortalarına qədər tamamlansın, bir qədər çox da çəkə bilər. Çünki əsaslı şəkildə işləməliyəm, əsər bitəndən sonra müəllif redaktəsi də uzun bir prosesdir.
Yeri gəlmişkən, ilk yazdığınız roman necə adlanıb və neçənci illərə təsadüf edib?
-İlk irihəcmli əsərim "Çəhrayı qan” romanıdır. Bu əsəri 2006-cı ildə yazmağa başladım və müəyyən səbəblər üzündən yarımçıq qaldı. Üç illik fasilədən sonra ardını yazıb tamamladım. Amma sonradan gördüm ki, romanın ilkin varıantında xeyli qüsurlar var, həmin qüsurları əsər çap olunandan sonra Mirmehdi Ağaoğlu və Cavid Zeynallı da yazılarında qeyd etmişdilər. Məhz həmin əsəri yenidən işləməli oldum və həmkarlarımın haqlı olaraq qeyd etdikləri qüsurları aradan qaldırmağa çalışdım. Ortaya tamam fərqli bir əsər çıxdı, "Rəqqasə”. Yeri gəlmişkən, dostum Cəlil Cavanşirə də minnətdaram, o, məni inandırdı ki, bu əsərin daha uğurlu versiyasını yazmaq olar. İndi bilmirəm nə qədər uğurlu alınıb. Məncə, yeni variant daha bitkindir və bir daha bu əsərə qayıtmayacağımı düşünürəm.
Nədən bəhs edib bu roman?
-Roman talesiz bir qadının həyatından bəhs edir. O, cəbhədə də döyüşür, rəqqasəlik də, fahişəlik də edir. Əslində bir qızın taleyi fonunda cəmiyyətin qadına münasibətini, cəmiyyət və qadın problemlərini qabartmağa çalışmışam.
Nə vaxtdan yazıçılıqla məşğulsunuz?
-Mən gözümü açandan evimizdə kitablar görmüşəm, anam dil-ədəbiyyat müəlliməsiydi. Ədəbiyyata sevgim ondan gəlir. Uşaqlıqdan şeirlər yazmağa başlamışam, sonra özümdən hadisələr quraşdırıb yazırdım və zaman keçdikcə hiss etdim ki, bu, qaçılmaz bir ehtiyacdır. Amma özümün ciddi hesab etdiyim hekayələrimi iki mininci ilin əvvəllərində yazdım. Həmin hekayələr "Quşlar üçün karusel” kitabında çap olunub.
Bu istedadı özünüzdə nə vaxt aşkarladız?
- İnsan yaşamaq üçün hər gün yemək yeməlidir, bir gün hiss etdim ki, yazmayanda özümü çox pis hiss edirəm və o vaxtdan bu qismətlə barışdım. Belə bir hissi özümdə aşkarladım, amma bilmirəm bu, istedadı ya nədi…
Özünüzü tanınmış yazıçı zənn edirsiz?
-Ədəbi mühitdə kifayət qədər tanınıram, amma son vaxtlar hiss edirəm ki, xeyli oxucularım var. Yazılarıma, kitablarıma maraq əvvəlki illərə nisbətən xeyli artıb. Bunu kitab təqdimatlarında, sosial şəbəkələrdə daha çox hiss edirəm. Xeyli sayda tanımadığım adamlar mənə yazılarımla, kitablarımla bağlı yazırlar. Bu da təbii ki, məni çox sevindirir.
Dünya yazıçılarından kimi oxuyursuz?
-Dünya ədəbiyyatının ünlü yazıçılarının böyük əksəriyyətini oxumuşam. Remarkı, Stefan Sveyqi, Selinceri, Heminqueyi, Andrey Platonovu daha çox sevirəm. Mopassanın, Çexovun, Andre Moruanın hekayələrini oxumaqdan böyük zövq alıram. Bu yaxınlarda Joze Saramaqonun "İsanın İncili” romanını oxudum və bu yazıçını özüm üçün kəşf etdim.
Bəs yerli yazıçılardan kimi oxuyursuz?
-Azər Abdullanı, Orxan Fikrətoğlunu, Şərif Ağayarı, Qan Turalını, Mirmehdi Ağaoğlunu, Seymur Baycanı, Cəlil Cavanşiri və sair.
Sizə ilham verən nədi? Umumiyyətlə, ilham pəriniz var?
-İlham pərisi daha çox şeir yazanda karıma gəlir. Amma istəyirəm ki, həmişə yanımda olsun.
Axırıncı dəfə oxuduğunuz kitab hansı olub?
-Norveç yazıçısı Per Pettersonun "Atları oğurlamaq vaxtıdır” romanını bu günlərdə oxuyub bitirdim.
Sizcə, yaxşı yazıçı olmaq asandı?
-Olduqca çətindi. Yaxşı yazıçı olmaq üçün əvvəlcə yaxşı oxucu olmaq lazımdır, bu sənətin qara fəhləliyinə hazır olmaq lazımdır. Sakit, rahat həyatdan vaz keçməyi bacarmaq lazımdır. Bütün bunlara hazırsansa, buyur, gəl.
Kitab yarmarkaları özünü doğruldurmu?İştirak edənlərin sayı az, yaxud gələnlər kifayət gədər çoxdu? Ümumiyyətlə ziyarət edirsiniz bu cür yarmarkaları?
-Kitab yarmarkaları Azərbaycan yazıçısına xeyli oxucu qazandırdı. Hesab etmirəm ki, gələnlərin sayı az olur. Hər həftə "Qanun” nəşriyyatı güzəştli kitab yarmarkaları keçirir, artıq daimi oxucular yetişib və gənclərin kitaba marağı hiss olunacaq qədər artıb. 6-7 il əvvəllə müqayisədə xeyli irəliləyişlər müşahidə olunur. Bu, çox böyük işdir. Mən imkanım və vaxtım müsaid etdiyi təqdirdə kitab yarmarkalarında iştirak edirəm. Amma bununla belə hesab edirəm ki, kitaba daha böyük diqqət və qayğı olmalıdır. Çünki kitab cəmiyyətin inkişafını şərtləndirən başlıca vasitədir.
Azərbaycan Yazıçılar Birliyinin üzvusüz? Olmaq istərdiniz?
-Mən Yazıçılar Birliyinin üzvü olmuşam və 2010-cu ildə özüm üzvlükdən istefa vermişəm və bunun da bir sıra səbəbləri vardı. İndi bu mövzuya qayıtmaq istəmirəm.
Sizcə, yazıçının siyasi mövqeyi olmalıdı?
-Yazıçı öz mövqeyini əsərləriylə bildirir. Yazıçıdan siyasi mövqe tələb etmək bolşevik üsuludur.
Yaxşı roman yazıb ortaya çıxarmaq üçün yazıçıya nə gədər vaxt lazımdı?
- O vaxtı hər bir yazıçı öz yazı laboratoriyasında müəyyənləşdirir. Bu, həm də yazıçının peşəkarlığından, yazdığı mövzuya bələd olub-olmamasından asılıdır. Elə əsər var tez hasilə gəlir, elə əsər də var ki, onu yazıb bitirmək üçün illər lazım olur. Əsər yazılmazdan əvvəl yazıçının beynində yetişməlidir, yazıçı romanın konturlarını beynində dəqiqliklə müəyyənləşdirməlidir ki, sonradan yazı prosesində özü özünü dolaşığa salmasın.
Kənan müəllim, bizim gənclər niyə kitab oxumaq istəmir? Niyə maariflənib inkişaf etməkdən qorxurlar?
-İndiki gənclər bir qədər komfort həyat tərzinə üstünlük verirlər, kitabdan daha çox internetə üstünlük verirlər. Yanlış olaraq elə düşünürlər ki, hər şeyi internetdən öyrənmək olar, belə olduğu halda niyə kitab oxusunlar? Amma bu, çox səhv bir yanaşmadır. Kitabla ünsiyyət daha faydalıdı, gənclərə kitabı sevdirmək lazımdır. Gənclərin əksəriyyəti sağlam mühitdən kənarda yetişir və buna görə hətta kitab oxuyanlara ironiya ilə yanaşırlar. Amma sağlam ruhlu, mütərəqqi gənclik də yetişir və bu, bizi bir qədər ümidləndirir. Ümumiyyətlə isə gənclərin kitaba münasibətini yaxşı mənada dəyişmək üçün xeyli iş görülməlidir.
Sizcə köşə yazarı peşəkar yazıçı ola bilər?
-İndi Azərbaycanda yerindən duran köşə yazır. Mən 9 illik jurnalistlik fəaliyyətindən sonra köşə yazmışam. Buna qədər isə yüzlərlə reportaj, araşdırma yazıları yazmışdım. Köşəni o adam yazmalıdır ki, onun fikri ictimai rəyə təsir edə bilsin. Bir neçə tip köşə yazarları var, didaktik tərzdə yazan, tənqid yazan, bir də şayiə, maqazin tipli yazılar yazan köşə yazarları. Köşə yazarı o halda köşə yazarı olur ki, onun sabit oxucu kontingenti olur. Məsələn, Türkiyədə köşə yazan çox məşhur imzalar var, Yılmaz Özdil, Ərtoğrul Özkök, Serdar Turqut və sair. Bu yazarları nəinki Türkiyədə, hətta Azərbaycanda da oxuyurlar. Köşə yazarının yazıçı olması üçün onun potensialı və özünün istəyi olmalıdır. O ki, qaldı gənc yazıçıların tənqidi sevməməyinə, təbii ki, heç kəs öz ayranına turş deməz. Amma bir məsələ də var ki, indi tənqid yazıçı yetişdirmək iqtidarında deyil, ona görə yazıçı özü özünü yetişdirmək məcburiyyətindədir.
Gənc yazıçılar niyə tənqidi sevmir? Bəlkə özlərində nöqsan və qüsurlarını görmək istəmirlər? Kənan müəllim, bu vaxta kimi,hansısa gənc yazıçını tənqid edib iradınızı bildiribsiniz?Yaxud hər hansı birini həvəsləndirib ürək dirək verib dəstək olubsunuz?
-Tənqid etdiyim yazarlar da olub, həvəsləndirib ürək-dirək verdiyim gənclər də olub. İndi də fürsətdən istifadə edib yeni yazmağa başlayan gənclərə demək istəyirəm ki, yazmaqdan və zəhmətdən qorxmasınlar, nəticəsi mütləq yaxşı olacaq. Bir də yazmaqdan daha çox mütaliə etsinlər.
Yazıçını tanınmış edən nədi qalmaqal,imzası ya ətrafında gəzən dedi-qodular?
-Yazıçı qalmaqalla məşhur olacaqsa, demək o, yazıçı deyil. Yazıçını əsəri tanıtmalıdır. Qalmaqal və ədəbiyyat bir-birindən yerlə göy qədər uzaq anlayışlardır. Mən bunu dəfələrlə demişəm, ədəbiyyatı şoulaşdırmaq olmaz. Qalmaqalla qazandığın məşhurluğun ömrü heç beş gün çəkmir. Ədəbiyyatda qalmaq istəyirsənsə, yaxşı əsər yazmalısan.
Oxucularınızla tez tez ünsiyyətdə olursuz?Onların fikirlərini öyrənmək sizin üçün nə dərəcədə maraqlıdı?
-Oxucu fikri mənim üçün həmişə maraqlı olub. Mən bəzən oxucunun ayağına getməkdən belə çəkinməmişəm. Elə oxucular olur ki, zəng vurub kitablarımı istəyirlər, yazılarımı oxuyanlar öz fikirlərini bildirirlər. Oxucuyla ünsiyyət yazıçıya stimul verir.
Kitabxanalar,kitab dükanları və kitab evləri demək olar ki çox vaxt insan üzü görmür,o mədəniyyət ocaqlarını ziyarət edən yoxdu bu dəhşətdi hətta deyərdim ki fəlakətdi,kitabların sayı çox oxucuların sayı az. Bu nədən irəli gəlir? Niyə biz o məkanları ziyarət etməkdən imtina edirik?
-Məncə, sualınıza bundan əvvəl qismən cavab verdim.
Kitab çap etdirib məşhur olmaq olar?
-Olar.
Uğurlarınıza görə kimə borclusuz?
-Anama və müəllimlərimə.
Sizcə, əvəzsiz insan var? Sizin üçün əvəzi olmayan o insan kimdi?
-Heç bir insan başqa bir insanı əvəz edə bilməz. İnsan üçün əvəzi olmayan onun valideynləri ola bilər. Həyatımızda hər bir insanın öz yeri var, o yeri başqaları doldura bilməz.
Xatirələr nə gədər şirindirsə bir o gədərdə acıdı.Bəs Kənan müəllim, sizin gəlbinizdə,yaddaşınızda keçmiş xatirələriniz hansı yeri tutur?
-Xatirələr bizim keçmişimizdi. Amma mən xatirələrlə yaşamağı sevmirəm. Son vaxtlar uşaqlığımı tez-tez xatırlayıram və valideynlərim üçün darıxıram. Xatirələr yazıçı üçün yaxşı materaldı, bu materialdan peşəkar yazıçı yaxşı əsər çıxara bilər, naşı yazıçı isə bu xatirələrə toxunmasa yaxşıdı, toxunsa, o xatirələr xatirə olmaqdan çıxıb əcaib bir şəklə düşəcək.
Həyatınızda yaşanan ən mühüm anları, ən önəmli hadisələri qaytarmaq istərdiniz?
-Keçmişi qaytarmaq mümkün deyil axı.
7-ci hissiniz çox güclüdü?
-O qədər də yox.
Gənc yazıçılara ürək sözlərinizi eşitmək xoş olardı...
-Bu yolu seçiblərsə, sözə heç vaxt xəyanət etməsinlər. Zəhmətdən və mütaliədən heç vaxt yorulmasınlar.
Leyla NAMAZOVA
Polşa Belarusla sərhədə 40 minə yaxın hərbçi yeridir, sərhəd bloklanır: "NATO buna cavabsız qala bilməz"
"Qaçqının biri də mən! Nə vaxt kiminsə toyuğuna daş atmışam?" - Seymur Verdizadədən sərt cavab
Bakıda ermənilərin məhkəməsi davam edir - Azərbaycana qarşı təcavüzlə bağlı sənədlər elan olunub
“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi? - İttiham var
“550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - Keçmiş sevgilisindən Hidayətə ittihamlar
Gürcüstanın keçmiş müdafiə naziri həbs olunuub
"Kapitalbank" Mia.az saytını məhkəməyə verib: ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha iki bələdiyə sədri Ərdoğanın partiyasına keçdi - FOTO
İsrail ordusu Livana hava zərbələri endirib
Anar Babayev aparat rəhbəri tyəin edilib
Nazir təhsil ekspertlərini şantajda ittiham etdi: "Bu, şantajdırsa, biz bu barədə danışmırıq"
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
Trampın Minskə gedib
Kreml: "Polşanın PUA-larla bağlı ritorikası yeni deyil"
Küləkli hava şəraiti həftə sonunadək davam edəcək - XƏBƏRDARLIQ
Zelenski Rusiya iqtisadiyyatı üçün ən güclü zərbə hesab etdiyi sanksiyaları açıqlayıb
"Volfsburq" Kristian Eriksen ilə müqavilə imzalayıb
Alen Simonyan: "Azərbaycanın istəyini haqlı hesab edirik"
Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
"Real Madrid" Van de Veni transfer etmək istəyir - "Tottenhem" 80 milyon avro tələb etdi...
Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək - Qərar
Sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik - Əli Əsədov qərar imzaladı
Əli Əsədov nəqliyyatla bağlı yeni qərar imzalayıb
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Alen Simonyan: Bizim mağazalarımızda Azərbaycan malları olacaq
Finlandiya Prezidenti Ukraynada səfərdədir
"Sakaryaspor" Mete Kaan Demiri heyətinə qatıb
Paşinyan Rusiyaya səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
Misir ABŞ-ni öz ölkəsində HƏMAS-a zərbələr endirməkdən çəkindirib
MİQ imtahanında iştirak qiyməti müəyyənləşib
72 mindən çox müəllimin əməkhaqqına əlavələr ediləcək
ABŞ heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi çərçivəsində Ermənistana gələcək
Milli Məclisdə bəzi dərsliklərlə bağlı dinləmə keçiriləcək
Qarabağ və Şərqi Zəngəzurda bağçaların sayı 13-ə çatdırılacaq
Yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq
Dənizdə dalğanın hündürlüyü 3 metrdir - FAKTİKİ HAVA