Orxan Zeynalovla tutulan 200 miqrant Rusiyadan çıxarılıb

img

15-11-2013 [20:06]



Moskva pristavları Biryulevo rayonunda miqrasiya qanunun müxtəlif cür pozulmasına görə saxlanan 200 miqrantı Rusiyadan çıxarıblar. ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə bu gün Rusiya Federal Məhkəmə Pristavları Xidmətinin Moskva idarəsinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən deyiblər ki, bu rəqəm daha da artacaq, çünki tərəvəz bazasında tutulmuş qeyri-leqal miqrantların ölkədən çıxarılması davam edir.

Xatarladaq ki, Moskvanın Biryulevo rayonunda yerli sakin Yeqor Şerbakovun qətlindən sonra kütləvi ixtişaşlar başlamışdı. Talanlardan sonra 400 adam saxlanmışdı. Qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov da saxlanmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA