“Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”.

Mia.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib.

Nazir deyib ki, Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal boşaltmalı və bununla da sülhün yolu açılmalıdır.

H. Akar əlavə edib ki, Türkiyə öz torpaqlarının müdafiəsində Azərbaycanın yanındadır