Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib.

Bu barədə kral sarayı məlumat yayıb. 

Bildirilib ki, V Harald Osloda Milli Xəstəxanaya yerləşdirilib. 83 yaşlı kralın səhhətindəki problem açıqlanmayıb.

Kralın səlahiyyətlərini gün ərzində vəliəhd şahzadə Haakon icra edəcək/APA.