Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 4422 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb. 

Bu, 8 maydan bəri qeydə alınan ən yüksək göstəricidir. 

Məlumata görə, Britaniyada indiyədək COVID-19-a yoluxanların sayı 390 358 nəfərə çatıb.

Ölkədə koronavirusdan ölənlərin sayı 41 759 nəfərdir/APA.