Ermənistanda daha 150 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 119-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 920-yə çatıb.

İndiyədək  41 941 pasiyeny infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 975 aktiv koronavirus xəstəsi var/Report.