Azərbaycanda dövlət büdcəsindən maliyyələşən qurumlarda əməkhaqqı artırıla bilər.
Mia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir deyib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi ilə birgə zəruri hesablamalar həyata keçirir ki, daha sonra nəticələr dövlət başçısına təqdim olunacaq.
S.Müslümov onu da buldirib ki, bu gün fevral ayı üzrə bütün
pensiyaların maliyyələşməsi başa çatdırılıb və sonuncu pensiyalar
köçürülüb.
"Bu pensiyaları vətəndaşlarımız artımla aldılar, həm yanvar, həm fevral aynın artımları onlara çatdırılıb. Mart ayından təbii ki, artıq aylıq məbləğ və həmin 5,7 faizlik artım alacaqlar", - deyə nazir əlavə edib.