SpaceX və xAI-nin birləşmə qərarından sonra Elon Maskın şəxsi sərvəti 852,5 milyard dollarlıq rekordu yeniləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Forbes" yazıb.
Bildirilib ki, bu gedişlə davam etsə, Mask tezliklə trilyoner ünvanına sahiblənəcək: "2024-cü ildən bəri sərvətini dördqat artıran Mask bu tempdə davam edərsə, 2033-cü ilə qədər dünyanın ilk trilyoneri olacaq"
Məlumata əsasən, Maskın sərvətindəki bu böyük artımın arxasında bir neçə əsas amil dayanır: "Son altı ayda Tesla səhmlərinin 39,4% artması, Delaver Ali Məhkəməsinin 55 milyard dollarlıq bonus paketini təsdiqləməsi, SpaceX və xAI-nin birləşməsi, süni intellektlə bağl yeni layihələr və sair iqtisadi proseslərlə yanaşı, Trampla siyasi əlaqələri də burada müstəsna rol oynayır..."
Lamiyə Əhmədli
MİA.AZ