"Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımovun iqtisadçılarla görüşünə dəvət olunsam da, gedə bilməmişəm. Sədr Taleh Kazımov bildirib ki, yanvar ayında əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə enib və 18 milyon dollar təşkil edib. Statistika doğrudan da belədir. Camaatda axı pul da yoxdur ki, manatı dollara çevirsin”.
Mia.az Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, əhalinin yanaşması baxımından dollar ehtiyatı yığım vasitəsidir: “Azərbaycanda insanlar pulunu dollarla yığırlar. Yığım üçün gərək imkan olsun. İnsanlarda isə bu imkan get-gedə azalır. Hətta orta təbəqədə belə gəlirlər azalır, xərclər artır. Buna görə də dollar almaq marağında deyillər. Digər səbəb isə dollar alışına məhdudiyyət qoyulmasıdır. Artıq bir neçə ildir, qeyri-rəsmi şəkildə 20 min dollardan çox almağa imkan vermirlər, pulun hardan gəldiyini araşdırmağa başlayırlar, qanunsuz məhdudiyyətlər qoyurlar. Dollar almaq istəyən də qorxur”, - o bildirib.