"İnter"in fransalı hücumçusu Ange-Yoan Bonni Fil Dişi Sahili millisini seçib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bonninin vətəndaşlıq dəyişikliyini Fil Dişi Sahili milli komandasının baş məşqçisi Emers Faye təsdiqləyib.

Bonni Fransanın müxtəlif yaş qrupları üzrə komandalarında 19 oyun keçirib və 6 qol vurub.

Hücumçu Fransada anadan olub, lakin əslən Fil Dişi Sahili köklərinə malikdir.

Fərid

MİA.AZ