Kürdüstan Regional Hökuməti (KRH) İraqın Türkiyədəki Ceyhan limanına kəmərlə neft ixrac etməkdən imtina etmələri barədə yayılan xəbərləri təkzib edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə KRH rəsmi bəyanat verib.
Bəyanatda bildirilib ki, bölgədə neft və təbii qaz hasilatı İraqdakı Haşd-əl-Şabi şiə qruplaşmasının hücumları səbəbindən tamamilə dayandırılıb: "Buna görə kəmərlərə vurulacaq neft ehtiyatı qalmayıb".
İraq Neft Nazirliyi Türkiyədəki Ceyhan limanına boru kəməri ilə neft ixracını bərpa etmək üçün gərəkli tədbirlərin görüldüyünü açıqlayıb.
Tahir Şəlvəli
MİA.AZ