"ABŞ Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurası rəsmiləri İsraillə birgə həyata keçirilən hücumlara cavab olaraq İranın Hörmüz boğazını bağlamaq qərarında belə qətiyyətli olacağını gözləmirdilər".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Amerikanın mşhur CNN kanalı yayıb.
Kanala adları açıqlanmayan ABŞ rəsmiləri etiraf ediblər ki. Tramp administrasiyası bu bağlanma ehtimalını çox zəif sayıblarmış: "Biz İranın belə qətiyyətli davranacağını və bölgə ölkələrinin uzunmüddətli maraqlarına məhəl qoymayacağını çox az ehtimal edirdik. Lakin İran həm bölgə ölkələrinə davamlı hücum, həm də Hörmüz boğazını bağlamaq qərarı ilə gözlənilməz həmlələr edir. Bu, əslində, düşündüyümüz ən pis və gerçəkləşəcəyi təqdirdə isə uzun sürməyəcəyi ssenari idi. Lakin İran davam edən qərarı ilə ABŞ və bölgə ölkələrinni çaşdırıb..."
ABŞ administrasiyasında hesab edirlərmiş ki, İranın boğazı bağlaması digər ölkələrdən daha çox İrana zərər verməli imiş: "ABŞ-ı 2025-ci ilin iyun ayında İrana hücumda Tehranın boğaza yönəlik hər hansı bir addım atmaması da yanıltdı..."
Xatırladaq ki, İran Hörmüz boğazını ABŞ və İsrailin ölkəyə hücumları ilə əlaqəli bağlayıb. Yalnız pakistan və Türkiyəyə məxsus iki gəmi buraxılıb.
Samir MUSAYEV
MİA.AZ