Türkiyənin Ərdəhanda şəhıərində vali müavini katibə ilə intim münasibətdə olarkən qadının əri tərəfindən "yaxalanıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qadının əri evində arvadıyla yataqda tutduğu vali müavini (B.K - ad/soyadlarının baş hərfləri) qanına qəltan edib: "Vali müavini aldığı ağır bıçaq zərbələrindən sonra evdə səs-küy böyüyüb. Qonşuların müdaxiləsiylə o, qadının qəzəbli ərinin əlindən alınaraq xəstəxanaya çatdırılıb. Vəziyyəti çox ağırdır".

Məlumatda deyilir ki, qadın da xəsarət alıb.

Hadisə zamanı qadının ərinə köməketdiyi üçün o da saxlanılıb. 

Hadisə barədə araşdırma aparılır.

Firudin Səfərli

MİA.AZ