Bu gün İsrail ordusu Livanın paytaxtı Beyrutu yenə bombalayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrail hava qüvvələri Hizbullah qruplaşmasının qalası hesab olunan Beyrutun Dahiye rayonuna çox ağır zərbələr endirib.
Məlumata görə, nəticədə paytaxtın bir neçə istiqamətində partlayışlar baş verib: "İsrail ordusu Dahiye rayonuna qısa fasilələrlə 4 hava hücumu həyata keçirib. Hücum zamanı mülki əhalinin yaşadığı binalar da vurulub. Əsas hücum Kamyu, Burc əl-Barajne və Laylaq məhəllələrinə olunub".
Firudin Səfərli
MİA.AZ