ABŞ Prezidenti Donald Tramp hazırda Avstraliyada olan İran Qadınlar Milli Futbol Komandasının oyunçusuna sığınacaq verildiyini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tramp Avstraliya Baş naziri Entoni Albanese ilə telefon danışığından sonra danışıb.

O bildirib ki, artıq 5 iranlı qadın idmançıya Avstraliyada sığınacaq verilib: "Bəzi idmançılar isə  ailələrinin təhlükəsizliyindən narahat olduqları üçün İrana qayıtmağı üstün tutdular..."

Avstraliya Baş naziri Albanese da faktı təsdiqləyib.

Xatırladaq ki, Avstraliyada keçirilən Qadınlar üzrə Asiya Kubokunda iştirak edən İran Qadınlar Milli Futbol Komandası matçdan əvvəl İranın dövlət himni səsləndirilərkən susub və bu, İranda qəzəbə səbəb olub. Məlumatda deyilir ki, ikinci və üçüncü matçlarında dövlət himnlərini səsləndirən, İran qadın futbolçuları final matçından sonra yerli hakimiyyətdən təhlükəsizliklərini qorumağı, daha sonra isə beş oyunçu sığınacaq istəyib.

Fərid ASLAN

MİA.AZ