Bu gün İran ABŞ və İsrailə qarşı "qisas hücumları" çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirib ki, indiyədək ölkəyə qarşı hücumlarda 6 nəfər ölüb, 122 nəfər isə yaralanıb: "Bu gün isə BƏƏ hava hücumundan müdafiə sistemləri ölkəyə fırladılan 9 ballistik raketdən 8-ni havada zərərsizləşdirib, biri isə dənizə düşüb. Bundan başqa, İran ölkəyə 35 PUA ilə hücum çəkib, onlardan 26-sı zərərsizləşdirilsə də, 9-u hədəfi vurub...".
Tahir Şəlvəli
MİA.AZ