Bu gün Rusiya və Ukrayna arasında əsir hərbçilərin mübadiləsi aparılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mübadilə çərçivəsində Ukraynada əsirlikdə olan 300 rus əsgəri geri alınıb: "Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilən mübadilədə 300 ukraynalı hərbçi də qarçşı tərəfə təhvil verilib".

Samir MUSAYEV

mia.az