ABŞ-ın sualtı qayığı tərəfindən Hind okeanında İran hərbi gəmisinin batırılmasının günahını Hindistanda görən rəsmi Tehran gözlənilməz addım atıb.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, batırılan gəminin yerini ABŞ-a Hindistanın satdığını iddia edən İran buna cavab olaraq Fars körfəzində 38 Hindistan ticarət gəmisinə "əl qoyub".

Məlumata görə, əl qoyulan ticarət gəmiləri İran limanlarında "qalxan" olaraq istifadə olunur.

Xəbərdə deyilir ki, İranın gözlənlməz hərəkətinə qarşı Hindistanın Baş naziri Narendra Modi ABŞ-dan dəstək istəyib.

İddiaya görə, Amerika tərəfi Hindistana ümidverici vəd verməyib.

Tahir Şəlvəli

MİA.AZ