Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə radardan yoxa çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, Su-30MKI qırıcı təyyarəsi Assam ştatının şimal-şərqində radardan itib: "Təyyarə ilə son əlaqə yerli vaxtla saat 19:42-də olub. Sonradan isə təyyarə ilə əlaqə itib. Hazırda axtarış davam edir"

Tahir

MİA.AZ