İsrail və ABŞ-ın İrana qarşı başlatdığı əməliyyatın yeddinci günündə Tehran rejimi daha bir güclü raketindən istifadə edib.
Mia.az xarici mətbata istinadla xəbər verir ki, İran ilk dəfə İsrailə qarşı yeni tip raketdən istifadə edildiyini açıqlayıb.
Bu barədə İran Dövlət Televiziyasında verilən məlumata görə, ötən gecə israilin paytaxtındakı bəzi strateji hədəflər ən güclü ballistik raketlərindən biri hesab olunann Xorrəmşəhr-4 (Xeybər) raketiylə vurulub: "Təxminən 2000 kilometr mənzilli və 1500 kiloqram partlayıcı maddə daşıma qabiliyyətinə malik olan Xorrəmşəhr-4 maye yanacaq texnologiyası sayəsində radardan yayınmaqla yanaşı, hədəfə çox az qalmış hətta uzaqdan idarəolunan sistemiylə qarşı tərəfə cəhənnəm yaşadıb".
İran İnqilab Keşikçiləri Korpusundan bildrilib ki, hücumun hədəfi Tel-Əviv, Ben Qurion Hava Limanı və hava limanında yerləşən İsrail Hərbi Hava Qüvvələrinin 27-ci Eskadrilyasının bazası olub: "Yeni raketimiz İsrailin işğal olunmuş ərazilərdə qurduğu çoxqatlı hava hücumundan müdafiə sistemlərini dələrək hədəflərini uğurla məhv edib..."
Tahir Şəlvəli
MİA.AZ

