Azərbaycan kuboku uğrunda dörddə bir cavab oyununundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov bildirib ki, komandanın bəsit qol epizodları üzündən uduzmasından təəssüf hissi keçirir. 

Mia.az xəbər verir ki, Azər Bağırov bu halın aradan qaldırılması üçün qapıçı məşqçiləri ilə söhbətin aparılmasının zəruriliyini vurğulayıb.

Mia.az-ın əməkdaşının sualına cavabında A.Bağırov deyib ki, oyunların intensivliyi onların məğlubiyyətinin səbəbi deyil: "Biz fiziki və psixoloji olaraq bu intensivliyə tab gətiririk".

Baş məşqçi onu da əlavə edib ki, Ohorinin zədəsi müayinə ediləcək və bundan sonra zədənin ağırlığı barədə məlumat əldə olunacaq.

Zülfiyyə Mustafayeva 
Mia.az
Yevlax