UEFA Konfrans Liqasının 1/8 finalında "Lex Poznan"la qarşılaşan "Şaxtyor Donetsk"in Baş məşqçisi Arda Turanın matçı Türkiyədə oynamaq istəyinə "yox" deyilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, UEFA Ukrayna komandasının rəsmi olaraq ev sahibliyi edəcəyi cavab matçının Türkiyədə deyil, Polşada keçiriləcəyinə qərar verib.

Xatırladaq ki, iki komanda arasında Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu 12 martda Poznanda keçiriləcək.

Cavab oyunu isə 19 martda Polşada oynanılacaq.

Fərid ASLAN

MİA.AZ